Niyə Allah bütün insanları itaətkar yaratmamışdır?
Zəndiq o kəslərdən idi ki, din mövzularında yolunu azmış və insanlar arasında müxtəlif əqidələrin meydana gəlməsinə səbəb olmuşdu.
O, İmam Sadiq (ə) ilə münazirə təşkil edir və İmama (ə) belə bir sual verir: “Mənə xəbər verin görüm niyə Allah Təala bütün insanları müti xəlq etməmişdir, halbuki bu qüdrətə malikdir?”. Həzrət Sadiq (ə) cavabında buyurur: “Əgər Allah onları müti və itaətkar xəlq etsəydi, heç bir savaba malik olmazdılar. Çünki bu halda nə behişt olardı, nə də cəhənnəm. Ancaq Allah Öz bəndələrini xəlq edir və onlara itaəti əmr edir və günahı qadağan edir. Peyğəmbərlər (ə) vasitəsilə hüccətini onlara tamam edir. Kitabı vasitəsilə onlar üçün üzr yeri qoymur ki, özləri itaət etsinlər, özləri günah etsinlər. İtaətə görə savaba və günaha görə əzaba layiq olsunlar”. İmamın (ə) bu müdrik cavabından belə nəticə çıxartmaq olar ki, insanın dünyaya gəlişinin hədəfi – kamala çatmasıdır. Əgər itaətkar və müti olsaydı, artıq kamal onun üçün hədəf olmazdı. Ona görə də Allah Təala Öz bəndələrinə ixtiyar vermiş və itaət ilə günahı seçməklərində onları azad buraxmışdır ki, bu yolla kimin müti və kimin günahkar olması aydın olsun. /Deyerler.org/ Oxşar xəbərlər
|