Nəfsi tərbiyə etmək üçün bu 7 amili nəzarətə almaq lazımdır
Mьəllif: admin1
Tarix: 9-11-2024, 11:18
Nəfsi tərbiyə etmək üçün bu 7 amili nəzarətə almaq lazımdır
Nəfsi tərbiyə etmək insanı kamala çatdırar. Ancaq bu yolda bəzi maneələr vardır ki, onlar aradan qalxmazsa, insanın özünü tərbiyə etməsinə çətinliklər yaradar. Bu amillər hansılardır?

1. Günah. İnsanın özünü tərbiyə etməsinə mane olan amillərdən birincisi – qəlbinin günah sayəsində qaralmasıdır. O zaman ki, qəlb günah sayəsində qaralar, İlahi mələklər ora enə bilməzlər.

2. Dünya məşğuliyyətləri. Dünya nemətləri insanı axirət işlərindən saxlayan amillərdən biridir. Dünya nemətlərinə olan məhəbbət, insanı nəfsini tərbiyə etməkdən saxlayar. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan, imanın şirinliyini dadmaz, məgər o zaman ki, yediyinə etinasız olar”. Ona görə də Allah yolunun yolçusu gərək dünya nemətlərinə məhəbbəti qəlbindən çıxarda bilsin ki, imanın şirinliyini dada bilsin.

3. Havayi-nəfsin ardınca getmək. Havayi-nəfs qatı tüstü kimidir ki, evin bütün divarlarını qaraldar. Bu evdən nur saçmaz. Nəfsani istəklər aima qəlbi qaraldar və bu ev kimi zülmətli edər. Əmirəl-möminin (ə) buyurur: “Ən şücaətli kəs o kəsdir ki, nəfsi istəklərinə qələbə çalar”.

4. Çox yemək. Qarınpərəstlik nəfsin tərbiyəsinə mane olan başqa bir amildir. İnsan səy göstərər ki, gecə və gündüz ləzzətli yeməklər yesin və qarnını cürbəcür yeməklərə doldursun. Belə bir insan necə Allahı ilə xəlvət edib, özünü tərbiyə edə bilər ki?

5. Qeyri-zəruri sözləri demək. Saliki öz yolundan saxlayan amillərdən biri də faydasız və zəruri olmayan sözlər deməkdir. Allah Təala insana danışmaq nemətini ona görə vermişdir ki, ehtiyaclarını onun köməyi ilə ödəyə bilsin. Ancaq əgər yersiz söz danışarsa, bu neməti zay etmiş olar.

6. Özünü həddən artıq sevmək. Əgər insan Allah yoluna qədəm basırsa, ilk növbədə onun nəzərində Allah böyük və müqəddəs olmalıdır. Özünü unudub, Allahın istək və əmrlərini yerinə yetirməyə çalışmalıdır. O kəs həqiqi abid sayılar ki, ancaq Allah rizası üçün ibadət edər.

İnsan özünə də dəyər verməlidir, ancaq həddində.

7. Zəif iradə. İnsanı tərbiyə yolundan saxlayan başqa bir amil – iradənin zəif olması və insanın qərar vermək qabiliyyətinin olmamasıdır. Bu amillər onu ciddi mövzularla məşğul olmaqdan saxlayar.

Ona görə də salik ilk növbədə iradəsini gücləndirməli və güclü əzmə malik olmalıdır. Ondan sonra nəfsini tərbiyə etmək mərhələsinə daxil olmalıdır.

“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930