İbn Sina – İslam aləminin dahi mütəfəkkir və təbibi
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri. Milli mənsubiyyəti isbat olunmayan, Fars mənşəli olduğu ehtimal olunan bu dahi insan, Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük elmi uğurlara imza atmışdır.
Hüccətül-Haqq (həqiqət carçısı); Şeyx-ur-Rəis (böyük, müdrik), Harami bozorq (dahi təbib), Şərəful-Mülk (ölkənin ən şərəfli insanı) kimi titullar qazanmışdır. İbn Sina (Avisenna) uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Orta Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın atası Buxara əmirindən xahiş edir ki, oğluna kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin. Əmirin icazəsini alan cavan oğlan kitabxanada olan bütün kitabları oxuyur. Sonra atası ona elm öyrətmək üçün müəllim tutur. XI əsrdə Buxara xanlığının görkəmli müəllimləri İbn Sinaya dərs verməkdən yayınırlar. Çünki onlar, İbn Sinanın verdiyi sualların əksəriyyətinə cavab tapa bilmirdilər. Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli bir təbib olur. 17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına əvəzsiz rola malik olur.18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, yorulmaq bilmədən çox fəal həyat keçirirdi. Siyasi baxışları və rəqiblərinin qısqanclıq səbəbi ilə o, tez-tez bu şəhərdən o şəhərə köçmək məcburiyyətində qalırdı. Son illərini İsfahanda və Həmədanda yaşayan İbn Sinanı hökmdar saray həkimi, sonra isə vəzir təyin edir. O vəzir olduğu müddətdə də böyük hörmət qazanır. İbn Sina, elmi işinin ən qızğın çağlarında İsfahan hakimi Alayud-dövlə ilə əlaqəsi olduğu üçün həbs edilir. Bunu eşidən Alayud-dövlə Həmədana hücum edərək onu azad edir və İsfahana aparır. Lakin Qəznəvilərin İsfahanı tutması ilə bağlı yenidən Həmədana qayıtmalı olur. İbn Sina qalan 10 və ya 12 il Həmədan hökümdarı Əbu Cəfərin xidmətində qalır. O burada həkim , elmi məsləhətçisi kimi işləyir və hətta döyüşlərdə iştirak edirdi. Bu illərdə ədəbiyyat və filologiya ilə də məşğul olur, müxtəlif fəlsəfi kitablar, astronomiya və metafizikaya aid məşhur əsərlər yazıb-yaradır. O cümlədən 4 cildlik “ tibb ensiklopediyası “ və "Təbabət elminin qanunu" kitabını əvəzsiz töhvə olaraq dünyaya bəxş edir. Onun 5 cildlik "Təbabət elminin qanunu" kitabı XII yüzil-likdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunurdu. Bu əsərdə insan anatomiyasından tutmuş bir çox xəstəliklər, onların səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Həmçinin əsərdə xəstəliklərin etimologiyasına aid biliklərin,insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması halları özünəməxsus şəkildə izah olunmuşdur. Demək olar ki, İbn sina Tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən, həmçinin tibb aləmində ilk psixodiaqnostik olmuşdur. O cümlədən nəbzə görə xəstənin müayinəsi də onun qeyri-adi istedadının töfəsidir. Riyaziyyat, astronomiya, fizika, kimya, tibb və musiqi kimi bilik və bacarığının müxtəlif sahələrində seçilən İbn Sina, mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən Aristotel nəzəriyyələrini tənqid etmişdir. O, həmçinin İsfahanda rəsədxananın əsasını qoymuş, Günəş apogeyinin hərəkət etdiyini sübut edən ilk şəxslərdən olmuşdur. O cümlədən ölçülərin dəqiqləşdirilməsi üçün orijinal metod kimi tanınan "Nonius prinsipi"-nin müəllifi də məhz İbn Sinadır. Bütün bunlarla yanaşı İbni Sina həm də dərin etiqada sahib bir mütəfəkkir və filosofdur. O,məntiqə aid “Məntiqul-Məşriqin” əsərini yazmış, İslam dünyasındə xüsusi yeri olan olan “Məşşai” fəlsəfəsinin əsasını qoymuşdur. İbn Sina ömrünün son illərində mədə sancılarından əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı. Öz-özünü böyük ustalıqla müalicə edə bilirdi. Lakin həmişə deyirdi: "Məni yaradan, məni mən tək idarə etməkdə aciz deyil, bu xəstəliyi müalicə etmək əhəmiyyətsızdır". O dahi şəxsiyyət mədə xorasının deşilməsindən 1037-ci ilin ramazan ayında 57 yaşında dünyasını dəyişir. Məzarı hazırda Həmədan şəhərindədir. (“İslaminSesi”) Oxşar xəbərlər
|