Sui-zənni müalicə etmək olarmı?
Hər bir rəzil əxlaqi sifətləri müalicə etmək mümkündür, eləcə də sui-zənni. Sadəcə bunu istəmək və bu yolda mübarizə aparmaq lazımdır.
Əgər sui-zənni tərk etmək istəyirsinizsə, ilk növbədə tövbə edib, özünüzü paklamasınız. Sonra sui-zənn etdiyiniz insanlar üçün tövbə edib, onlar üçün bağışlanma istəməlisiniz. Fitnə yaranmadığı halda, onlardan halallıq istəməlisiniz. Sui-zənni tərk etmək istəmək – əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar. Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq: 1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək. 2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir. 3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin. Bu tövsiyələrə əməl etmək sayəsində insan sui-zənn kimi rəzil xislətdən islah oluna bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|