Bərəkət nədir? Necə olur ki, hansısa bir şey bərəkətli olur?
Mьəllif: admin1
Tarix: 26-11-2021, 09:54
Bərəkət nədir? Necə olur ki, hansısa bir şey bərəkətli olur?
Bərəkət sözü ərəb sözü olub, dəvənin sinəsini yerə sürtməsi mənasını verir. Dəvənin yerdə əyləşməsinə edilən bir işarədir.

Yəni, dəvə artıq yerdə əyləşdi və bədəni sabit və aramdır. Ona görə də ərəblər bu sözü sabit və aram olan sözlərə aid etmişdilər.

Misal üçün döyüşdə sabit və tərpənməz qaldılar və geri çəkilmədilər. Və ya su anbarlarına aid edilir, çünki burada su sabit halda qalmaqdadır.

Ona görə də o yerdə ki, bərəkət sözü mala, ömrə, ruziyə şamil olar – o deməkdir ki, Allahın xeyiri onların üzərində sabitdir.

Beləliklə deyə bilərik ki, bərəkət – xeyirə aid edilir ki, hansısa şeydə və ya insanda sabit haldadır. Nəslin bərəkətli olması o mənanı verir ki, yəni həmin insanın övladlarının və nəvələrinin sayı çoxdur.

Yeməkdə bərəkət deyildikdə, sayca daha çox insanı tox edən mənasını daşıyır.

Vaxtın bərəkətli olması deyildikdə, həmin vaxta çox sayda xeyirli işi daxil edə bilirsən. Halbuki, başqa vaxtı bu qədər zamanda o qədər işi görə bilmirdin.

Dinin hədəfi insanın dünya və axirətdə səadət və xoşbəxtliyi olduğu üçün, dinin nəzərində bərəkət sözü o şeylərə şamil olur ki, orada mənəvi və axirəvi xeyir olar. Və ya dünyavi olsa da, ardınca axirəvi xeyir gətirər.

Misal üçün, mələklərin Həzrət İbrahim (ə) haqqında etdikləri dua kimi: “(Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda, Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir»”. (“Hud” 73).

Ona görə də dində bərəkət deyildikdə mənəvi və axirəvi xeyir nəzərdə tutulur.

O zaman ki, deyirlər Allah bu yeməkdə bərəkət qərar vermişdir, o demək deyildir ki, Allah o yeməyin təbii xasiyyətini aradan aparmışdır və ona başqa xasiyyət əlavə etmişdir.

Burada məqsəd budur ki, Allah müxtəlif amilləri bir-birinin kənarında elə qərar vermişdir ki, o zaman ki, bu amillər həmin yeməyə təsir edər, o yemək bərəkətli və şəfa verən olar.

Ya deyirlər ki, Allah filan malda bərəkət qərar vermişdir. Bu, o demək deyildir ki, Allah o malın dəyərini dəyişdirmişdir. Xeyr, əslində Allah müxtəlif amilləri bir-birinin kənarında elə qərar vermişdir ki, həmin malın sahibi o maldan daha çox mənfəət və xeyir əldə edə bilər.

Həzrət Zəhra (s.ə) öz boyunbağını yoxsula bağışlayır, ancaq Allah müxtəlif amilləri bir-birinin kənarında elə qərar verir ki, həm ac doyur, həm qul azad olur və axırda da onun özünə geri qayıdır.

O zaman ki, malda bərəkət olmaz, həmin malın sahibi o maldan istədiyi qədər istifadə edə bilməz. Misal üçün pul ilə maşın alar, ancaq nəticədə həmin maşın işə yaramaz və onun istədiyi vəziyyətdə olmaz və ona fayda verməz.

Ömürdə bərəkət deyildikdə isə o nəzərdə tutulur ki, Allah müxtəlif amilləri bir-birinin kənarında elə qərar verir ki, həmin şəxs ömründən daha çox istifadə edə bilir və daha çox elm və təcrübə əldə edə bilir.

Beləliklə, deyə bilərik ki, bərəkət sözü mala, nəslə, ömrə, ruziyə, yeməyə və bir çox digər şeylərə şamil olan sözdür ki, həmin şeylərə Allah tərəfindən olan xeyir əta olunar.

Bərəkətli olan ömür, bərəkətli olan ruzi, bərəkətli olan nəsil, bərəkətli olan mal... Bunlar insana Allah tərəfindən edilən lütf və fəzilətlərdir ki, insan övladı gərək onun qədrini bilsin və ona görə Allaha şükür etsin.

Allah bizlərin də ömründə, malında, ruzisində... bərəkət qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031