Ölüm nədir? – Əhli-Beytin (ə) izahı
Quranın nəzərinə görə ölüm – bir dünyadan başqa dünyaya köçməkdir. Məsumların (ə) çatdırışına əsasən ölüm – əbədi dünyaya gedən körpü və çirkinlikdən pak olmaqdır.
Belə ki, İmam Səccad (ə) buyurur: “Ölüm – mömin üçün çirkli və həşəratlı paltarı cırmaq kimidir. Ağır zəncirləri açmaq və onu ən gözəl libaslara çevirməkdir”. İmam Hüseyn (ə) Aşura günü öz səhabələrinə buyurur: “Səbir edin. Ölüm – tək körpüdür ki, sizi narahatlıq və əziyyətdən, behiştin geniş bağlarına və cavidan nemətlərə aparar”. İmam Baqirə (ə) ölümlə bağlı sual verən zaman, Həzrət (ə) buyurur: “Ölüm – yuxu kimidir ki, hər gecə sizin sorağınıza gələr. Bir fərqlə ki, müddəti uzundur. İnsan ondan Qiyamətə qədər ayılmır”. İmam Kazım (ə) bir nəfərin ziyarətinə gəlir ki, can vermək üzrə idi. Heç kəsə cavab verə bilmirdi. İnsanlar İmama (ə) dedilər: “Ey Allah Rəsulunun (s) oğlu! İstəyirik ki, ölümün həqiqətini bizə şərh edəsən. Deyəsən ki, bizim xəstəmiz indi nə haldadır?”. Həzrət (ə) buyurur: “Ölüm – hesablaşmaq vasitəsidir ki, mömini günahlarından pak edər. Bu aləmin sonuncu narahatlığıdır. Onların günahlarının sonuncu kəffarəsidir. Halbuki kafirləri nemətlərindən ayırar. Onlara çatan sonuncu ləzzətdir. Ancaq bu can verən insan tamamilə günahlarından pak olmuşdur və xalis olmuşdur. Necə ki, çirkli paltar yuyulan zaman pak olar. O da indi axirət dünyasında o ləyaqəti əldə etmişdir ki, Əhli-Beytin (ə) həmsöhbəti olsun”. /Deyerler.org/ Oxşar xəbərlər
|