O, elm və dinin ən üstün dərəcəsində idi – əhli-təsənnün alimlərinin dili ilə İmam Rzanın (ə) tanıdılması
Əhli-təsənnün alimləri İmam Rzanın (ə) şəxsiyyətini çox üstün hesab edir və bu haqda öz nəzərlərini bəyan ediblər.
Əhli-təsənnünün böyük alimlərinin dilindən İmam Rzanın (ə) şəxsiyyəti barəsindəki nəzərlərini eşidək: İbni Həcər Hitəmi: “Musa ibni Cəfərin (ə) 37 övladı olmuşdur ki, onlardan biri də İmam Rzadır (ə). O, ümum insanların diqqətini özünə cəlb etmiş və hamıdan daha çox cəlili-qədr idi”. Səmhudi: “Musa Kazımın (ə) övladı Əli Rza (ə) zamanının ən üstün insanı və cəlili-qədr idi. Məruf Kərəxi onun əli ilə İslamı qəbul etmişdi”. İbni Həcər Əsqəlani: “Rza (ə) elm və fəzl əhlindən idi. Şərəfli nəslə malik idi”. Zəhəbi: “İmam Rza (ə) elm və dinin ən üstün dərəcəsində idi”. Xeyrələddin Zərkəli: “Musa Kazımın (ə) övladı olan Rza (ə) – 12 İmamın (ə) səkkizincisidir. O, Əhli-Beyt (ə) seyyidlərinin böyüyü və onların fazillərindən idi”. Şeyx Abdullah Şafeyi: “Əli Rza (ə) ali və dəyərli sifətlərə malik idi. Kəramətləri o qədər çox idi ki, saymaqla bitməzdi”. Abdullah ibni Əsəd: “İmam Rza (ə), 12 İmamdan (ə) biridir. O kəslərdən idi ki, üstün sifətlərə malik idi və İmamiyyə məktəbini onun sözləri əsasında qururdular”. Əhməd ibni Yusif: “Sifətləri ali, kəramətləri çox idi. O, az yatan insan idi. Çoxlu oruc tutardı. Yayda həsirin, qışda qoyun dərisinin üzərində əyləşərdi”. Yusif ibni İsmayil: “Musa Kazımın (ə) övladı olan Əli Rza (ə) böyük İmamlardan (ə) biri və Əhli-Beytin (ə) çıraqlarından idi. Elm, ürfan, kərəm və mərdlik mədəni idi. O, əzəmətli və məşhur idi. Çoxlu kəraməti var idi”. İbni Əbi Hədid: “O, ən alim, ən səxavətli və ən kərim insan idi”. Muhəmməd Əmin: “Əxlaqı ali və sifətləri cəlil idi. Kəramətləri çox və özü məşhur idi. Bu həddə ki, bir kitabda onu nəql etmək mümkün deyildir”. Muhəmməd ibni Vəhib: “Kəramətləri çox idi və o, zamanın yeganəsi hesab olunurdu”. /Deyerler.org/ Oxşar xəbərlər
|