İnsanın hesabın dəqiqliyindən heyrətlənməsi
Mьəllif: admin1
Tarix: 28-10-2022, 11:06
İnsanın hesabın dəqiqliyindən heyrətlənməsi
وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا


"(Hər kəsin əməl) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" (Kəhf, 49).

İzah: Qiyamət günü əməllərin sorğulanması simvollarından biri hər kəsin əməl dəftərinin özünə verilməsidir. O gün möminlərin əməl dəftəri sağ əlinə, günahkarların əməl dəftəri isə arxadan sol əlinə veriləcəkdir.

Bu özü möminlərə hörmət, kafirlərə isə təhqirdir. Günahkarlar əməl dəftərlərini görəndə heyrətlənəcək və deyəcəklər: “Bu necə bir kitabdır ki, bütün kiçik və böyük əməlləri özündə əks etdirir”. Onların əməlləri gözləri önündə hazır olacaq və onu ört-basdır edə bilməyəcəklər.

Hədis: İmam Sadiq (ə): “İnsan, öz əməllərini qovluğunda o qədər aydın görəcək ki, elə bil (o işləri) o saat görmüşdür.” (Təfsiri-Əyyaşi, c. 2, səh. 328, hədis: 35).
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031