İnsanın bu meylinin kontrolda saxlanılması ilə bağlı Şəhid Mütəhhərinin nəzəri
Şəhid Mütəhərrinin “İslam və Qərb dünyasında cinsi əxlaq” kitabı bizlərə əxlaqın başqa bir qolunu tanıdır və onun haqqında bizə məlumat verir.
Cinsi əxlaq, əxlaq elminin bir qolunu təşkil edir ki, hər iki cinsə şamil edilir. Buraya qadının kişidən həya etməsi, kişinin qeyrət hissi, qadının həyat yoldaşına vəfalı olması, qadının özünü naməhrəmlərdən qoruması və s. kimi mövzular daxildir. Cinsi əxlaqın bəhs etdiyi mövzular bunlardır: - Qadının həyası. - Qeyrət. - Həyat yoldaşına vəfalı olmaq. Əlbəttə, bu mövzular Qərb ölkələri ilə İslam ölkələrində fərqli bəhs olunur. Qərb ölkələri bu mövzuları azad buraxdığı halda, İslam dini bu mövzulara qarşı ciddi yanaşır. İslam dini bu mövzuya belə baxır: - İnsanda olan bu meyil, Allahın ona verdiyi nemətlərdən biridir. - İnsan nəslinin davam etdirilməsi hədəfini daşıyır. - İslam dini bu meyillə mübarizə aparmağa qarşı müxalifdir. Bu səbəbdən bu meyli kontrolda saxlamaq üçün öz davamçılarına müxtəlif göstərişlər verir, o cümlədən: - Allahı tanımaq və Allaha olan imanı gücləndirmək, dini göstərişlərə riayət etmək. - Özünü tanımaq və düzgün dəyərləndirmək. - Şəhvət hissinin gətirdiyi dünya və axirət bəlalarından xəbərdar olmaq. Hər bir halda insan müxtəlif hiss və meyillərə malik olan bir varlıqdır. Elə bir varlıqdır ki, onda həm heyvani və həm də mələkuti sifətlər mövcuddur. Əgər heyvani sifətləri etidal həddə saxlaya bilsə, o zaman insan adını ala bilər. Dinimizin istədiyi də məhz budur. /Deyerler.org/ Oxşar xəbərlər
|