Peyğəmbərlərin (ə) göndərilmə zərurəti
رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا "(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir." (Nisa, 165). İzah: Peyğəmbərlərin (ə) göndərilmə zərurəti dörd müqəddiməni yanaşı qoyduqda aydın olur: 1. Allah insanı azad (ixtiyar sahibi) yaratmışdır. 2. Xeyir və şər (yaxşı və pis) yolu tanımaq üçün bilik və məlumata ehtiyac var. 3. Allahın hikməti tələb edir ki, xeyir və şəri düzgün tanımağın yolunu insanın ixtiyarına versin və insan azad ikən bilmədən yolunu azmasın. 4. İnsanın zəka və hissi təkbaşına bütün yaxşı və pis işləri anlamaq qabiliyyətinə malik deyil. Nəticə: Allah bəndələri üçün başqa bir yol nəzərdə tutmalıdır ki, onun vasitəsilə yaxşı və məsələhətli işləri pis və xoşagəlməz işlərdən ayırd edib səadətə qovuşsunlar. Bu ikinci yol peyğəmbərlərin göndərilməsidir. Odur ki, peyğəmbərlərin göndərilməsinin ən mühüm səbəbi bütün idrak zəminlərini tədarük görmək və insanların bəhanəsini kəsməkdir. Hədis: İmam Sadiq (ə): “Biz, (bəndələrin münasibət qura bilmədiyi) Uca və Ulu bir Tanrının olduğunu sübut etdikdə aydın olur ki, onun elçiləri olmalı, Onun sözünü camaata çatdırmalı və bəndələri xeyir və ziyanlarına yönləndirməlidirlər.” (Kafi, c. 1, səh. 68, hədis: 1). Oxşar xəbərlər
|