Namazı əvvəl vaxtda qılmağın gətirdiyi bərəkətlər
İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazlarını əvvəl vaxtda qılarsa və düzgün əda edərsə, mələk onu pak və parlayan halda səmaya qaldırar.
O namaz fəryad edər: “Allah səni qorusun, necə ki, məni qorudun! Səni Allaha tapşırıram, necə ki, məni kərim mələklərə tapşırdın”. Hər kim üzrü olmadan və vaxtı keçən zaman onu diqqətsiz və lazımlı mənəvi rabitə olmadan qılarsa, mələk onu qara halda səmaya qaldırar. O namaz fəryad çəkər: “Allah səni zay etsin, necə ki, məni zay etdin””. Namazı əvvəl vaxtda qılmağın gətirdiyi faydalar və bərəkətlər ilə tanış olaq: 1. İstəklər yerinə yetər. İmam Həsən Əsgəri (ə) buyurur: “Musa ibn İmran (ə) Allahla söhbət edir və Allahdan soruşur: “Allahım! O kəs ki, namazını əvvəl vaxtda qılar, mükafatı nədir? Allah Təala buyurur: “Onun istəklərini yerinə yetirərəm və behişti ona mübah edərəm””. 2. Narahatlıqları aradan gedər. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, namazın vaxtlarına və günəşin vəziyyətinə əhəmiyyət verər, mən üç şeyi onun üçün zəmanət edərəm: narahatlıqlarının aradan getməsini, ölən zaman rahatlığı və atəşdən nicatı”. 3. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin Allahınız buyurur: “Bu, beş namaz – vacibdir. Ona görə də hər kim bu beş namazı vaxtında yerinə yetirərsə və onu qoruyarsa, Qiyamət günü Mənimlə görüşər. Mənim öhdəmdədir ki, onu behiştə daxil edəm. Hər kim namazlarını vaxtında qılmazsa və onu qorumazsa, bu halda Mənim öhdəmdədir ki, istəsəm ona əzab verərəm, istəsəm onu bağışlayaram””. 4. Şeytanın (lən) uzaq olması. Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan o zamana qədər ki, mömin beş namazının vaxtını qoruyar, davamlı olaraq ondan qorxar. O zaman ki, onu zay edər, ona cürət əldə edər və onu böyük günahlara salar”. 5. Savab artırılar. İmam Sadiq (ə) buyurur: “Namazı əvvəl vaxtda və əvvəl fürsətdə qılmaq – müstəhəb əməl və savabı artırandır”. 6. Səma bəlalarından amanda olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Sübhan Allah səmadan bəla nazil edər, Quranı həml edənlər, günəşə riayət edənlər – yəni o kəslər ki, namazın vaxtına riayət edərlər, məscidləri abad edənlər – bu bəladan amanda olarlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|