Sileyi-rəhmin həddi nə qədərdir?
Mьəllif: admin1
Tarix: 27-11-2022, 10:05
Sileyi-rəhmin həddi nə qədərdir?
Sileyi-rəhmin vacibliyi o həddədir ki, onu tərk etmək insana ağrılı əzablar gətirər. Ona görə də hər əməl ki, onu sileyi-rəhm adlandırmaq olar – əgər kimsə onu tərk edərsə, deyərlər ki, qəti- rəhm etmişdir.

Misal üçün, bir zəngin insanın yoxsul qohumu olar, maddi yardıma ehtiyacı olar və ya xəstəsi olar, əgər o, həmin zəngin qohumundan kömək istəyər və o, verməzsə - qəti-rəhm etmiş olar. Əgər ehtiyacı olan pulu verərsə - sileyi-rəhmə əməl etmiş olar.

Əgər zəngin qohumundan elə şey istəyər ki, onun qüdrəti çatar, ancaq əməl etməzsə - bu da qəti-rəhm olar. Məgər o halda ki, istədiyi şey dinə zidd olar, o zaman sileyi-rəhmi qət etmiş sayılmaz.

Əgər qohumu ziyarətə gedər və onu görməyə getməzsə, bu da qəti-rəhm olar.

Sileyi-rəhmin həddini müəyyən etmək üçün ürfə müraciət etmək lazımdır. O əməllər ki, ürfdə sileyi-rəhm sayılar və insan o əməlləri tərk edərsə - o zaman qəti-rəhm etmiş olar.

Bəzən ürfümüz salamın cavabını verməməyi, az miqdarda ehsanı belə tərk etməyi, qohumlarını görməyə getməməyi qəti-rəhm hesab edir. Ona görə də hər kim sileyi-rəhmin həddini bilmək istəyirsə, gərək yaşadığı diyarın bu məsələ ilə bağlı ürfünü öyrənsin və ondan sonra onlara əməl etməyə səy göstərsin. Çünki sileyi-rəhmə əməl etməyin həm dünya və axirət faydaları vardır. İnsanın ömrünü, ruzisini artırar, Allaha yaxın edər...

“Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən – etiqad, əməl və əxlaqdan ibarətdir)”. (“Bəqərə” 177).

“Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir”. (“Nisa” 1).

“Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir)”. (“Nisa” 7).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031