“Bu kitab mənim Əhli-beyt (ə) davamçısı olmağıma səbəb oldu”
Mьəllif: admin1
Tarix: 29-01-2020, 10:55
“Bu kitab mənim Əhli-beyt (ə) davamçısı olmağıma səbəb oldu”
İsam İmad - Yəhya İmadın oğludur. O, elə bir ailədə böyümüşdür ki, ailəsi vəhhabi məzhəbində idi. Əmisi Şeyx Əbdurrəhman İmad - vəhhabilərin məşhur alimlərindən idi. İmad da ən çox əmisinin tərbiyəsi altında böyümüşdü.

İmad özü haqqında belə danışır: “Əhli-beytin (ə) kitabı olan Şeyx Abbas Quminin kitabını (“Məfatihul-cinan”) mənə tapşırmışdılar ki, ona qarşı ciddi nəqd yazım və təhlil edim. Lakin bu kitab mənim Əhli-beyt (ə) davamçısı olmağıma səbəb oldu.

Mənim bu məzəhəbə gəlişim təkcə öz iradəmlə olmadı, bəlkə İlahi inayət sayəsində bu məzhəbi qəbul etdim. Allaha bu böyük nemətə görə şükür edirəm və Ondan istəyirəm ki, məni daha çox maariflə tanış olmağa müvəffəq etsin. Mənim Əhli-beyt (ə) davamçısı olmağımın səbəbi budur ki, Əhli-beyt (ə) məktəbi İslamın dərinliyindən gəlir”.

O, ailəsi ilə rabitə haqqında danışır: “Çox səy etdim ki, onların vəhhabi məzhəbinə olan nəzərlərini dəyişim. Lakin çox təəssüf ki, bacarmadım”.
Artıq İsam İmadın ailəsindən beş nəfər Əhli-beyt (ə) davamçısı olmuşdur: qardaşı Həsən İmad ki, Qum hövzəsində təhsil alır. Üç bacısı və bacısı oğlu ki, o da Qum hövzəsində dini təhsil almaqla məşğuldur.

İmad deyir: “Yanlış təfsir ilə Quranın mənasını 180 dərəcədə dəyişdirmək olar. Muhəmməd Əbdülvəhhabın səhvi bundadır ki, Quranı ərəb lüğətinə uyğun təfsir edir. Bu səhvi xəvariclər də etmişdilər.

Vəhhabilərin Əhli-beytə (ə) təvəssülü şirk hesab etməsi ondan irəli gəlir ki, kəlmələri səhv təfsir edirlər. Düşmənlərin səyi də bu olub ki, Əhli-beyt (ə) davamçıları üçün çətinlik yaratsınlar.

Bu yolda vəhhabilər yolunu azıblar. Kitablarında Allahşünaslıq yerinə qəbirşünaslıq vardır. Vəhhabilər Qurana diqqət edir, ancaq onun mənasına diqqət etmirlər.

Şeyx Muhəmməd Əbdülvəhhab vəhhabi məzhəbini təsis etmişdir. O, elmi bir ailədə böyümüşdür, lakin elmi cəhətdən yolunu azmışdır. O, iki böyük problemlə üzləşmişdir: birincisi elmi çatışmamazlığıdır. Onun İslam elmləri haqqında kamil məlumatı yox idi.

Nə məntiqdən, nə üsuldan və nə də lüğətdən məlumatı var idi. İkincisi isə fikri və əqidə cəhətdən azmasıdır. Onun ən böyük problemi - fikir problemidir. Bu cür hala İmam Əlinin (ə) dövründə xəvariclərdə də rast gəlinirdi”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930