Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Mьəllif: admin1
Tarix: 16-11-2022, 23:11
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Cahillik, çox vaxt insana Quranla istədiyi kimi əlaqə yaratmağa imkan vermir. Halbuki, Quranı tanımaq və hansı məqamda qərar tutmağını bilmək – biz müsəlmanlar üçün vacibdir. “(Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir”. (“Səba” 6).

Quranı inkar etmək insana xarlıq və zillət gətirər. “(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi.

Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir”. (“Bəqərə” 85).

Yəni, Allahın hökm və kəlamlarını qəbul etmək zəruridir. Ona görə şəkk və şübhə etmək insanı həm dünyada və həm də axirətdə zəlil edər. Necə ki, yəhudiləri etmişdir.

Yəhudi dinində adətən onun davamçıları dinə o qədər əməl edirdilər ki, həyatları ilə uyğun gələrdi və onlara fayda verərdi. Ancaq o yerdə ki, onların istəklərinə zidd olardı, bu zaman peyğəmbərlərini (ə) inkar edərdilər və ya şəhid edərdilər.

“Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!”. (“Bəqərə” 87).

Müsəlmanlar bilməlidir ki, bu uca səma kitabı onları hidayət etmək üçün gəlmişdir. Ona görə də buyurduqlarının hamısı haqdır. Hər kim öz mənfəətini güdüb ancaq ona sərf edənə əməl və qalanlarını inkar edərsə, zəlil və xar olar.

Çünki Quran bütün ayə və surələri ilə insanı səadətə çatdırar. Onun elə bir ayəsi yoxdur ki, insanlığa ziyan vermək üçün nazil olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031