Mal və ömrün bərəkətli olması üçün nə etməli?
Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:
- Malın bərəkəti – zəkat verməklədir. - Ömrün bərəkəti – yaxşı iş görməkdədir. - Süfrəyə çoxlu əllərin daxil olması – bərəkətdir. - Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver. - İnsanın təvazökarlığı – onun kərəmindədir. - İnsanın gözəlliyi – mülayimliyindədir. - Sözün gözəlliyi – qısa və ixtisarlı olmasındadır. - Gözəl yoldaş – qənimətdir. - Hədis nəql etmək, Peyğəmbərə (s) nisbət əldə etməyə səbəb olar. - Elmin eybi – təkəbbürdədir. - Qəlbin şəfası – Quran oxumaqdadır. - Dinin silahı – təqvadır, fəsadı – tamahdır. - Qəlbin aydınlığı – halal yeməklədir. - Allaha itaət – qənimətdir. - Hərislik, hərisin qatilidir. - Üzün təravəti – düz danışmaqdadır. /Deyerler.org/ Oxşar xəbərlər
|