Yoxsulluq dünyaya necə gəlmişdir?
Yoxsulluq başqa məxluqlar kimi əvvəllər mövcud deyildi, sonradan dünyaya qədəm basmışdır. İmam Əli (ə) buyurur: “Yoxsulluq böyük ölümdür”.
İmam Əlidən (ə) gələn başqa bir hədisdə oxuyuruq: “O zaman ki, əşyalar iki-iki evləndilər, tənbəlliklə gücsüzlük də bir-biri ilə evləndi. Onlardan yoxsulluq dünyaya gəldi”. Bəzən yoxsulluq insanın öz istəyi ilə dünyaya gələr. Onun dünyaya gəlmə zamanı o zamandır ki, tənbəl və süstlük edər. Özünün işində tənbəl olması övladlarına da yoxsulluq gətirər. Həzrət İmam Kazım (ə) övladına belə tövsiyə edir: “Tənbəllik və süstlükdən çəkin ki, onlar səni dünya və axirət nəsibindən məhrum edər”. İmam Əli (ə) buyurur: “Süstülk və tənbəllik axirəti xarab edər”. Yoxsulluq insanı dünya nemətlərindən məhrum edər. Eyni zamanda onu halal maldan məhrum edər. Onu küfr və nifaqa düçar edər. Bu insan həm dünya və həm də axirətdə xusrana uğrayar. İmam Sadiq (ə) buyurur: “Tənbəllik dünya və dinə - hər ikisinə ziyan vurar”. İmam Əli (ə) buyurur: “Oğlum! Mən sənə görə yoxsulluqdan qorxuram. Ona görə də onun şərindən Allaha pənah apar ki, yoxsulluq dində məğlub olmaqdır”. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Zarafat etmə ki, dəyərin və abırın gedər. Yalan demə ki, (üzünün) nuru gedər. İki sifətdən çəkin: süstlük və tənbəlikdən. Əgər süstülk və hövsələsizlik etsən, haqq yolunda səbirli ola bilməzsən. Əgər tənbəllik etsən, haqqı əda edə bilməzsən. Ya Əli! Hər kimə süstlük və hövsələsizlik hakim olar, rahatlıq onun üzünə bağlanar”. İmam Sadiq (ə) buyurur: “İki sifətdən əl çəkin: süstlük və yorğunluq. Əgər yorulsan, Haqq qarşısında səbir etməzsən. Əgər süst olsan, haqqı yerinə yetirməzsən”. İmam Əli (ə) buyurur: “Hövsələsizlikdən uzaq olun. Çünki hər kim belə olsa, Allahın haqqını əda edə bilməz”. İmam Əli (ə) buyurur: “Hər kimin tənbəllik və süstlüyü davamlı olarsa, arzusu nakam və əməli çirkin olar”. İmam Sadiq (ə) buyurur: “Tənbəllik və hövsələsiz olmaqdan çəkin. Çünki o ikisi hər bir pislik və çirkinliyin açarıdır”. Əgər yoxsulluğun bizdən uzaq olmasını istəyiriksə, tənbəl və süstlük kimi iki rəzil sifətdən uzaq olmağa çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|