Əməlləri qəbul edilən 2 dəstə
O zaman ki, insan Allah və Rəsulunun (s) vilayətini qəbul edər, artıq havayi-həvəslə işi olmaz. Onun tək hədəfi – vilayət yolunda hərəkət etmək olar. Gördüyü hər bir yaxşı əməl – saleh əməl hesab olunar. Çünki yaxşı əməllərin şərtləri və maneələri vardır. Əgər bu şərtlərə əməl olunmazsa, əməl, saleh əməl hesab olunmaz.
Misal üçün, imansız insanlar yaxşı əməl yerinə yetirirlər. Bu, ona bənzəyir ki, xəstə, həkimə müraciət etmədən sağalmaq istəyir. Bu cür müalicə əks nəticələr verə bilər və xəstəni öldürə də bilər. Allahın Rəsulu (s) və Məsum İmamlar (ə) – mənəvi həkimlərdirlər. İnsanlar öz xəstəliklərini müalicə etmək üçün məhz onlara müraciət etməlidir. Bu səbəbdən İmam Əli (ə) insanları üç dəstəyə bölmüşdür: 1. Alimlər və rəbbani ariflər ki, özləri hidayət yolunu tapıb, o yolda hərəkət edirlər. 2. O alimlərin şagirdləri ki, özləri müəllim deyildirlər. Ancaq doğru yolu getməkdə alimlərə təqlid edirlər. 3. Nə özləri müəllimdirlər və nə də alimlərin yanında şagirdlik edirlər. Nə özləri nur mənbəyidirlər və nə də başqalarının nurundan istifadə edirlər. Ağcaqanada bənzəyirlər ki, az bir mehin sayəsində o tərəfə və bu tərəfə uçurlar. O insanlar ki, vilayət yolundan çıxıb, vilayəti qəbul etmədən əməllər yerinə yetirirlər – onları üçüncü dəstəyə aid etmək olar. Onların həyatı başdan-başa çətinliklə doludur. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah zəif və dinsiz mömini düşmən bilir”. Soruşurlar ki, zəif və dinsiz mömin kimdir? Həzrət (s) buyurur: O kəs ki, nəhyi münkər etmir və pis işlərin qarşısını almır”. Ancaq qalan iki dəstənin əməlləri qəbul olan və saleh əməllərdəndir. Çünki onlar iman və vilayəti sayəsində bu əməlləri yerinə yetirirlər. Onlar agah həkimin sayəsində müalicə olunurlar. Həzrət Peyğəmbər (s) buyurur: “Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) vilayəti – Allahın vilayəti və onu sevmək – Allahın ibadətidir. Onun ardıcılı olmaq – İlahi vacibatdır. Onun dostları – Allahın dostları və düşmənləri – Allahın düşmənləridir. Onunla vuruşmaq – Allahla vuruşmaq deməkdir. Onunla sülhdə olmaq – Allahla sülhdə olmaq deməkdir”. Həzrət başqa yerdə buyurur: “Mənim Əhli-Beytimin (ə) sizin aranızdakı məsəli, Nuhun (ə) gəmisinin qövmü arasındakı məsəli kimidir. Hər kim ona minərsə - nicat tapar. Hər kim ondan çəkinərsə - qərq olar". /Deyerler.org/ Oxşar xəbərlər
|