Nə zaman insanda bu beş xüsusiyyət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar
Mьəllif: admin1
Tarix: 6-12-2018, 18:38
Nə zaman insanda bu beş xüsusiyyət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar
Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”.

Loğman deyir: “Din”.

Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”.

Deyir: “Din və mal”.

Soruşur: “Əgər üç dənə olsa, necə?”.

Deyir: “Din, mal, həya”.

Soruşur: “Əgər dörd dənə olsa, necə?”.

Deyir: “Din, mal, həya və gözəl xasiyyət”.

Soruşur: “Əgər beş dənə olsa, necə?”.

Deyir: “Din, mal, həya, gözəl xasiyyət, səxavət”.

Soruşur: “Əgər altı dənə olsa, necə?”.

Deyir: “Oğlum! Nə zaman insanda bu beş xüsusiyyət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar və şeytandan pak olar”.

Allah Təala bizlərə bu xüsusiyyətlərə yiyələnmək tofiqatı qismət etsin.




www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031