İxlaslı alim şahın məmuruna tövhid dərsini belə keçdi
Mьəllif: admin1
Tarix: 6-12-2018, 18:57
İxlaslı alim şahın məmuruna tövhid dərsini belə keçdi
Böyük mücahid alim olan Seyyid Muhəmmədtəqi Bafəqi, Rza şahın zindanından azad olandan sonra Rey şəhərinə sürgün edilir. Nəql edirlər ki, bir gün evində əyləşmişdi və Rey şəhərinin rəisi evə daxil olur. Salam verdikdən sonra əyləşmək üçün icazə alır.

Əyləşəndən sonra deyir: “Ağa, mən özümdən yüksək vəzifədə olanlardan tərəfindən əmr almışam ki, sizin ehtiyaclarınızı təmin edəm”.

Bu böyük alim tövhid əhli idi və deyir: “Sən kimsən ki, mənim ehtiyaclarımı ödəmək istəyəsən?”.

Cavab verir: “Mən bu şəhərin rəisiyəm”.

Alim deyir: “Mənim indi ehtiyacım vardır ki, bugünkü saf hava dəyişsin və yağış yağmağa başlasın. Sən mənim bu ehtiyacımı yerinə yetirə bilərsənmi?”.

Cavab verir: “Xeyr. Bacarmaram”.

Alim deyir: “Səndən yuxarı vəzifədə olanlar necə?”.

O, mənfi cavab verir.

Alim deyir: “Ayağa qalx və bir daha bu cür şirk tutumlu sözlər işlətmə”.

Şəhər rəisi xəcalətli halda ayağa qalxır və başa düşür ki, bu böyük alimlə tərəf müqabili ola bilməyəcəkdir.

Bəli, rəbbani alimlər tarix boyu belə olmuşdur. Allaha təvəkkül və səbir dərəcələri, elmləri qəlblərinə o qədər hüzur vermişdir ki, həyatın heç bir çətinliyi onları incitməmişdir, əksinə onlara yeni kamal sifətlər bəxş etmişdir. Bu insanlaın gələcəklə bağlı heç bir zaman nigarançılıqları olmamışdır.

“Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”. (“Ali-İmran” 160).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031