Möminliyin dəqiq göstəricisi
O zaman ki, bir dəyərli əşyanı bir insana saxlamaq üçün verirsən və alan zaman onun ziyan gördüyünü dərk edirsən, bu vaxt nə edirsən? Əgər kimsə sənə bir şeyi saxlamaq üçün versə necə? Onu qorumaq üçün nə qədər səy göstərirsən?
İnsan gərək bilsin ki, mömin olmağın nişanələrindən biri də əmanətdar olmasıdır, yəni ona verilən əmanətə sahib çıxmağı və onu istəyən zaman sağlam şəkildə geri qaytarmağıdır. Bu səbəbdəndir ki, Məsumlarımız (ə) bizə buyurur ki, insanların çoxlu namaz qılmağı və oruc tutmağı sizi aldatmasın. Onu əmanətdarlığına və doğru danışmağına görə imtahana çəkin. Bu zaman həqiqi mömin olub-olmaması aşkar olacaqdır. Yadımızda olsun ki, əmanət deyildikdə, təkcə cəmiyyətdə bizə tapşırılan əşyalar nəzərdə tutulmur. Bəzən əmanət sahibi Allah olar. Bəzən Peyğəmbərimiz (s) olar və bəzən də insanlar olar. Ona görə də əmanət təkcə maddi deyildir, həm də mənəvi, fərdi və ictimaidir. Yadımızda olsun ki, biz İlahi əmanəti daşıyırıq. Allah bizə başqa varlıqlara vermədiyi nemətləri vermişdir ki, bu nemətlər bizim yanımızda Allahın əmanətidir. Yadımızda olsun ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey insanlar! Mən sizin aranızda iki dəyərli şeyi yadigar qoyuram: biri Allahın Kitabıdır ki, onda hidayət və nur vardır. Ona görə də Allahın Kitabını götürün və ona söykənin. Və Əhli-Beytimi (ə) sizə tövsiyə edirəm ki, Allahı Əhli-Beytim (ə) barəsində yaddan çıxartmayın”. Bu sözü üç dəfə təkrar edir. Deməli, Peyğəmbərin (s) bizim yanımızda qoyduğu əmanətlər – İlahi kitab olan Quran və Əhli-Beytidir (ə) ki, biz müsəlmanlar Məsumlara (ə) risalətlərində yardım edərək, onları qorumuş olarıq. Canımız, malımız, salamatlığımız, insanların sirri, əhd-peymanı... bütün bunların hamısı əmanətdir. Əgər hansısa vəzifədəyiksə, bilək ki, bu vəzifə insanların sənə tapşırdığı əmanətdir. Yadımızda olsun ki, əgər nəfsani istəklərimizə qulaq versək, əmanətə xəyanət edə bilərik. “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23). Ona görə də əmanətə sahib çıxmaq üçün gərək nəfsimizi ram edək və əmanətə sahib çıxaq. Onu qoruyub və sahibinə sağlam şəkildə geri qaytaraq. İlahi əmanətləri isə öz vəzifələrinə görə istifadə edək. Gözümüzü naməhrəmdən yumaq. Qulağımızı qeybət və töhmətə bağlı saxlayaq. Qəlbimizi şirkdən qoruyaq. Sağlamlığımızın keşiyində duraq. Bu zaman bizi əmanətdar adlandırmaq olar. /Deyerler.org/ Oxşar xəbərlər
|