Allahın qəzəbindən 2 pənahgah
Biz insanlar həyatımızda bilərəkdən və bilməyərəkdən çoxlu xatalar edirik. Ancaq mühüm olanı budur ki, həmin xataları görüb, onlara görə tövbə edək və Allaha tərəf qayıdaq.
Allah Təbarəkə və Təala nə zaman tövbələri qəbul edər? Quranın da buyurduğu kimi, Allah çox mehriban və rəhimdir. Günahları bağışlayandır. Ancaq bəndənin tövbəsinin qəbul olması üçün bir neçə şərtin olması zəruridir ki, onsuz bağışlanma ehtimalı zəifləyər. 1. Bəndə etdiyi günahı nadanlıq və cahillik üzündən yerinə yetirir. Yəni, bu, o demək deyildir ki, həmin işin günah olduğunu bilməz. Bəlkə bu işin günah olduğunu bilər, ancaq onu Allaha üsyan və itaətsizlik üzündən deyil, cahil olduğu üçün yerinə yetirər. Bu zaman həmin bəndənin tövbəsi qəbul olan tövbələrdən olar. “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54). 2. Bəndə günah edən zaman tövbəsini təxirə salmamalıdır və elə həmin andan özünü islah etməyə başlamalıdır. “Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər İlahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür)”. (“Taha” 82). 3. İnsan tövhid əhli olmalıdır ki, tövbəsi qəbul olsun. Yəni, Allahdan başqa məbudun olmamasına qəlbi etiqadı olmalıdır. Ancaq bu halda tövbəsi qəbul olar. “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135). Bəs tövbə nə zaman qəbul olmaz? Əgər insan Allaha tərslik etdiyinə və üsyan etdiyinə görə tövbə edərsə və həmçinin tövbəsini ölüm anına qədər təxirə salarsa, bu tövbə qəbul olmaz. “Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. (“Nisa” 18). Beləliklə deyə bilərik ki, tövbə qapısı möminlər üçün həmişə açıq olar. İmam Əli (ə) buyurur: “Yer üzündə Allah Təalanın əzabından iki pənah yeri vardır. Onlardan biri aramızdan getmişdir, ancaq o birisi qalmaqdadır. O pənahgah ki, aradan getmişdir, Allahın Rəsuludur (s). Qalan pənahgah isə Bağışlayan Allahdan əfv istəməkdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|