Günahın müəyyən edilməsi. Günahın 3 növü
İnsan gərək günahına görə tövbə etsin. Bəs bu günah özü nədir? Günahı bir neçə cəhətdən bölüblər. Deyilir ki, günah ya Allahın haqqına aiddir, ya da insanların.
İmam Əli (ə) buyurur: “Günahlar üç dəstədirlər: O günahlar ki, Sübhan Allah onları bağışlayır, o günahlar ki, Sübhan Allah onları bağışlamır, o günahlar ki, həmin günahı yerinə yetirən qorxu ilə ümid arasında olar. Bağışlanan günahlar o günahlardır ki, həmin günahı yerinə yetirən dünyada olan zaman günahının cəzasına dözmüşdür. (Misal üçün oğurluq edib, əlini kəsiblər). Ona görə də Allah ona yenidən cəza vermir. Qiyamət günü o, əzab görməz. Ancaq Sübhan Allahın bağışlamadığı günah o günahdır ki, insanlar bir-birinə qarşı ediblər və bu halda həmin insan qiyamət günü əzab görər. Ancaq o günah ki, sahibi qorxu ilə ümid arasında olar, o günahdır ki, Allah onu xəlqindən gizlətmişdir və tövbəni ruzisi qərar vermişdir. Bu insan bir tərəfdən günahına görə qorxar və o biri tərəfdən Allahın rəhmətinə ümid edər”. Günahları ona görə səğirə və kəbirə adlandırırlar ki, əgər insan kəbirə günahından çəkinərsə, səğirə günahları bağışlanar. Ancaq diqqət etmək lazımdır ki, bəzi günahlar səğirə olsa da, Allahdan qəflət edildiyi üçün Allahla rabitədə böyük sayılar. Ona görə də demək olar ki, insanı suluk yolundan saxlayan və İlahi qürbə yaxınlaşmasına mane olar hər bir maneə günahdır. Ondan çəkinmək lazımdır, istər rəzil sifətlər olsun, istərsə də əməli günahlar. Bəzi hallarda səğirə günahlar kəbirə günaha çevrilə bilir. O cümlədən: 1. Səğirə günahlarda israr etmək. Yəni, insan səğirə günahları yerinə yetirir, ancaq ona görə tövbə etmir və onu davam etdirir. 2. Günahı yerinə yetirməkdən şad olmaq. 3. Allahın günahlarını gizlətdiyini, ona əzab vermədiyini görməməzliyə vurmaq. 4. Günahı yerinə yetirdikdən sonra onu bəyan etmək və ya başqalarının yanında həmin günahı etmək. 5. Günahı kiçik hesab etmək. 6. İnsanların hörmət etdiyi alimlərin günah etməsi. /Deyerler.org/ Oxşar xəbərlər
|