Möminlərə kinin aradan qalxmasını istəmək
Mьəllif: admin1
Tarix: 8-12-2018, 10:36
Möminlərə kinin aradan qalxmasını istəmək
رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ


“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhimlisən!” (Həşr, 10).

İzah: Allah-Taala bu ayədə həqiqi möminlərin dilindən bir dua hekayət edir. Onlar özləri və keçmiş möminlər üçün ilahi əfv diləyir, Ondan vücudlarında olan kin-küdurəti və xəyanəti aradan qaldırmasını istəyirlər. Bu dua da bir neçə dua qaydasına işarə edir:

1. Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək;

2. Qəbahətlərdən və çirkinliklərdən uzaq olmaq üçün Allahdan yardım diləmək; Mömin, qəlbin günahlarından və şeytani vəsvəsələrdən uzaq qalmaq üçün Allah dərgahına üz tutur və O Müqəddəs Zatdan vücudundan günahın köklərini silməsini və onu yaxşı xüsusiyyətlərlə süsləməsini istəyir.

3. Duada Allahın mehribanlıq və mərhəmət sifətlərini qeyd etmək.

Hədis: İslam peyğəmbəri (s): “Bir nəfər dua edəndə hamı üçün etsin. Çünki bu dua qəbul olunmağa daha yaxındır. Kim özü üçün dua etməzdən qabaq qardaşlarından qırx nəfəri üçün dua etsə, o dua həm özü, həm də onlar üçün qəbul olar.” (Dəəvat, Ravəndi, səh. 36, hədis: 40).
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031