Bəşəriyyətin üzərində olan rəhmət Günəşi
Mьəllif: admin1
Tarix: 8-12-2021, 11:32
Bəşəriyyətin üzərində olan rəhmət Günəşi
Sübhan Allah varlıq aləmində Həzrət Muhəmməd (s) kimi ali bir insan xəlq etməmişdir.

O, bəşər üzərində olan bir günəşdir ki, hər kəs onun şüasından faydalanır. Həzrətin (s) varlığı rəhmətlə o qədər əhatə olmuşdu ki, onun risaləti bütün peyğəmbərlərin (ə) risalətinin cəmi idi.

“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107).

Bu böyük İlahi peyğəmbər (s) malik olduğu bütün əzəmətləri ilə ona qədər gəlmiş bütün peyğəmbərlərdən (ə) ali məqamda qərar tuturdu. Hətta böyük peyğəmbər olan İbrahim Xəlil (ə) ona xüsusi ehtiramını bildirirdi.

O, buyururdu: “Bizim əvvəlimiz, ortamız və axırımız Muhəmməddir və hamımız Muhəmmədik”.

Allahın salamı olsun o kəslərə ki, hamısı Muhəmməd idilər.

Çünki, o bütün keçmiş peyğəmbərlərin (ə) varisi idi. Mütülik, sadəlik və təvazökarlığın ən üstün zirvəsi onun mübarək varlığında təcəlli tapmışdı.

Həzrətin (s) dünyaya gəldiyi gecə Aminə xanım həyat yoldaşının ayrılıq qəmini çəkirdi. Bir müddət səssiz halda öz dərdi üçün göz yaşı tökdü. Ancaq anidən hiss etdi ki, halı dəyişir.

Başa düşdü ki, doğum anı gəlib çatmışdır. İstədi ayağa qalsın və başqalarına xəbər versin, ancaq taqəti çatmadı. Qəlbində Allaha yalvardı və dərgahında dua etdi.

Bu zaman otaq nurla doldu. Evin damı açıldı və oradan otağa dörd xanım nazil oldu. Əyinlərində ağ paltar var idi və üzləri nurdan parlayırdı.

O qədər ətirli idilər ki, Aminə onların bu reyhan iyini hiss etdi. Onların əllərində mirvari və zümrüddən qablar var idi. Qablar ətirli şərbətlə dolu idi.

O banular Aminənin yanında əyləşdilər və həmin şərbətdən ona içizdirdilər. Aminə ondan bir qurtum içən kimi daxilində olan bütün qorxusu aradan getdi.

Qəlbi nur və şadlıqla doldu. Mələklər də yerə endi və ev onların təsbih səsləri ilə əhatə olundu. Otağa başqa bir nur daxil oldu və bu dəfə quşlar Aminənin yanında cəm olmuşdular.

Az keçmədi ki, nurani körpə dünyaya gəldi. Aminə Rəbiəl-əvvəl ayının 17-si səhər çağı öz körpəsini dünyaya gətirdi. Onu görən zaman göz yaşları yanağına axdı. Həzrət (s) dünyaya gələn kimi üzü Kəbəyə səcdəyə getdi.

Varlığında olan nur hər yeri əhatə etdi. Mələklərin sevinc səsi yüksəldi. Körpə Allahı zikr edən halda ona libas geyindirildi və mələklər təbərrük üçün ona yaxınlaşdılar. Onu nəvaziş etdilər.

Aminə yeni dünyaya gəlmiş körpəsini bağrına basdı. Çarçı car çəkdi: “Ey Aminə! De: “Bu körpəyə görə hər həsəd aparan pis niyyətlinin şərindən yeganə Allaha pənah aparıram!”. Bu sirdən heç kəsə demə”.

Aminə o duanı dilinin altında təkrar etdi. Sağ əli ilə mülayim şəkildə körpənin alnını və iki qaşının arasını sığalladı…



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031