Dağdan çıxan qırmızı dəvə - Həzrət Salehin (ə) ümmətinin imtahanı
Mьəllif: admin1
Tarix: 8-12-2018, 21:18
Dağdan çıxan qırmızı dəvə - Həzrət Salehin (ə) ümmətinin imtahanı
Həzrət Salehin (ə) ümməti bütpərəst idi. Bir gün deyirlər ki, əgər bütlər icazə versə, həmin günü Salehin (ə) dediklərini qəbul edəcəklər. Hamı müəyyən yerdə toplaşdı və hamı özü ilə öz bütünü gətirmişdi.

Onlar bütlərə sitayişi o qədər yüksək həddə çatdırmışdılar ki, onun qarşısında ağlayır və hətta başlarındakı tükləri belə kəsirdilər.

Onlar bütlərindən istədilər ki, dilə gəlib Saleh (ə) haqqında onlara məlumat versinlər. Ancaq bütlərin heç birindən səs gəlmədi. Çarəsiz qalaraq, üzlərini Salehə (ə) tutub ondan istədilər ki, dağdan onlar üçün qırmızı rəngdə və on aylıq olan bir dəvə çıxartsın.

Həzrət Saleh (ə) də Allaha dua edir və Ondan bu dəvəni çıxartmasını istəyir.

Duası yerinə yetir və həmin rəngdə və həmin yaşda olan dəvə dağdan çıxır. Bunu görən insanlar təəccüblənir. Ancaq onların çox az hissəsi iman gətirirlər.

Allah Təala vəhy edir ki, bu dəvəyə heç kəs əziyyət etməsin. Bu minvalla 30 il keçir və bir gün Qəddar ibni Salef adlı bir nəfər həmin dəvəni öldürür. Bütün bunu görən digər şəxslər onun əməlini bəyənirlər və buna razı olurlar. Ona görə də hamısı İlahi imtahanı verməmiş olurlar.

“Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin(sonra əzab gələcəkdir). Bu, yalan olmayan bir vəddir»”. (“Hud” 65).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031