İnsanın daxilində olan 2 nəfs və onların davasının səbəbi
Mьəllif: admin1
Tarix: 8-12-2018, 21:20
İnsanın daxilində olan 2 nəfs və onların davasının səbəbi
Nəfsi tanımaq – hər bir insanın görməli olduğu zəruri işlərdəndir. Nəfsin ən xəbis növü əmmarə nəfsdir ki, onu hər bir insan özündə tanıyıb, onunla mübarizə aparmalıdır. Bu nəfsdavamlı olaraq insanı pisliklərə tərəf sövq edər.

Həzrət Peyğəmbər (s) bu nəfsi ən qatı düşmən adlandırmışdır. Hədislər və Quran ayələri nəfsin bu növünü məzəmmət etmiş və onun yarada biləcəyi təhlükələrdən söz açmışdır.

İmam Əli (ə) buyurur: “Qurani Kərim havayi-nəfsin ardınca getməyi müşrikcəsinə pərəstiş hesab edir ki, ağıl gözünü kor və qəlbi zülmətli edər. İnsanı İlahi şəxsiyyətdən məhrum edər və həqiqətləri müşahidə etməkdən məhcub edər”.

İmam Sadiq (ə) havayi-nəfsi Allahla insan arasında olan ən zülmlətli və ən dəhşətli pərdə adlandırmışdır.

Həzrət Əli (ə) buyurur: “Məgər görmədinmi o kəsi ki, havayi-nəfsini öz ilahı qərar vermişdir, elm və biliyə malik olmasına baxmayaraq, Allahı onu yolundan azdırmışdır, qulağına və qəlbinə möhür vurmuşdur. Gözlərinin önünə pərdə çəkmişdir”.

Havayi-nəfs elə bataqlıqdır ki, insan ona ayaq basan zaman, onu daha dərinliklərə çəkər və ondan nicat tapması ilə bağlı ümidini əldən verər.

Havayi-nəfsin qarşısı alınmasa, o, ancaq günah etməklə kifayətlənməz, insanı elə hala salar ki, o, hətta İlahi ayələri və nişanələri inkar edər və kafir olar.

Rəhmətlik İmam (r) bu haqda buyurur: “O zaman ki, əmmarə nəfsin hakimiyyəti daxildə güclənər və bütün qüvvələr ona baş əyib itaət edərlər və tamamilə təslim olarlar, o, günah etməklə kifayətlənməz. Onun əqidəsini süstləşdirər, fikirlərini zülmətli edər, peyğəmbərlər (ə) və İlahi övliyalar ilə düşmənçiliyə sövq edər”.

Bəli, Allah batinimizdə bizə yardım edən ləvvamə nəfs qoyduğu kimi, şeytana xidmət edən əmmarə nəfs də qoymuşdur ki, insanın həqiqi cövhərini üzə çıxarda bilsin. İnsan elə varlıqdır ki, ömrünün son anına qədər bu iki nəfsin bir-biri ilə davasını müşahidə edər və hər kim qələbə qazanarsa, onun ardıcılı olar.

Allah bizləri əmmarə nəfsin şərindən qorusun və bizi bu dünyadan kafir deyil, mömin halda aparsın! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031