Ağlı çox olanın ixlası da çox olar
Mьəllif: admin1
Tarix: 4-12-2021, 11:10
Ağlı çox olanın ixlası da çox olar
İxlasın əsil amili nədir?

Əlbəttə ki, ağıldır. Çünki aqil insan yaxşı bilir ki, ancaq Allah üçün yerinə yetirdiyi əməlin həm dünya və həm də axirət savabları vardır.

Rəhman Allah bu cür bəndəsini dünyada tək qoymayacaqdır. Dünya hacətlərini yerinə yetirəcəkdir.

Ona görə də heç bir zaman ixlaslı olmayan əməlin ardınca getməz ki, ancaq dünya mənfəəti gətirər.

İmam Baqir (ə) buyurur: “Haqla batil arasında az ağıl qədər fasilə yoxdur”.

Səhabələri soruşur ki, necə?

Həzrət (ə) buyurur: “Bəndə bir əməl yerinə yetirər, qəsdi Allah olar və Allah ona razı olar.

Sonra bir şeyə çatmaq üçün Allahdan qeyrisini şərik qoşar.

Əgər o əməlini xalis Allah üçün qərar versəydi, bundan daha tez məqsədinə çatardı”.

Yəni, ancaq nadan insan əməlinə başqa niyyətlər qarışdırar. Əgər əməli ixlaslı olsaydı, aqillərdən olardı və məqsədinə də tez çatardı.

“Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!”. (“Bəyyinə” 5).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031