Namazda xuşu
Mьəllif: admin1
Tarix: 8-11-2020, 10:25
Namazda xuşu
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ


"Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşu edirlər)." (Muminun, 1-2).

İzah: Bu surədə möminlərin ilk özəlliyi namazda xuşu qeyd olunmuşdur. Xuşu möminlərin üstün xüsusiyyətlərindəndir. O, elə daxili bir halətdir ki, daha üstün bir qüdrət qarşısında təvazö və mütiliyin izharına səbəb olur.

Böyük İslam öndərləri namazda o qədər diqqətli olmuşlar ki, Allahdan qeyrisini bütünlüklə unutmuşlar. Quran namazı xuşu etməyənlər üçün çox ağır əməl adlandırmışdır (Bəqərə, 45).

Bu o deməkdir ki, xuşu namazın layiqli qılınmasının şərtidir.

Hədis: İmam Sadiq (ə): “Namaza başlayanda xuşu ilə başla və namazına diqqət et. Çünki Allah-Taala (nicat tapacaq möminləri vəsf edərkən) buyurur: “O kəslər ki, namazlarında mütidirlər (xuşu edirlər).” (Kafi, c. 3, səh. 300, hədis: 3).
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031