İmamət nədir?
Mьəllif: admin1
Tarix: 11-12-2018, 20:45
İmamət nədir?
Allah-təalanın hikməti bunu tələb edir ki, insanları doğru yola yönəltmək üçün yer üzərinə müxtəlif peyğəmbərlər göndərsin.

Eləcə də, Allahın hikmətinə əsasən bu peyğəmbərlərdən sonra hər bir əsrin və zamanın özünəməxsus "imamı” olmalıdır. Bu imamların vasitəsilə peyğəmbərlərin gətirdiyi din və şəriət müxtəlif təhriflərdən qorunur.

Onların rəhbərliyi və köməkliyi ilə hər bir zamanın dini ehtiyacları ödənir, insanlar ilahi peyğəmbərlərin şəriətinə doğru hidayət olunurlar. Əgər ilahi peyğəmbərlərdən sonra imamlar göndərilməsə, Allahın dini müxtəlif təzyiqlərə məruz qalacaq cürbəcür xurafatlara bulanacaqlır.

Və beləliklə də, uca kamilliyə yetişmək hədəfilə yaranmış insan, Tanrı tərəfindən kömək olunmadığına (hidayət olunmadığına) görə öz yaranış hədəfini itirərək, zəlalətə doğru yuvarlanacaqdır.

İlahinin göndərdiyi sonuncu din olan İslam dini, müxtəlif xurafatlardan qurtulmaq üçün imamlara daim ehtiyaclıdır. Elə bu səbəbdən də, biz İslam Peyğəmbərindən (s) sonra hər bir əsrdə və zamanda imamın mövcud olduğuna inanırıq.

Qurani-kərim Tövbə surəsinin 119-cu ayəsində buyurur: "Ey iman gətirən şəxslər! Təqvalı olun və Sadiqlərlə (doğru söz danışanlarla) birgə olun!”

Bu ayə müəyyən bir zamana məxsus deyildir. Və daim sadiqlərlə birgə olmağı əmr edir. Heç bir qeyd-şərt olmadan sadiqlərlə olmaq, onlara itaət etmək isə hər bir zamanın özünə məxsus imamı olduğunu yetirir.

Və bu imamlara itaət etməyin vacib olduğunu çatdırır. Belə ki, Sünni və Şiə müfəssirlərinin20 əksəriyyəti yuxarıdakı ayənin şərhində, ona işarə ediblər. Fəxr Razi bu ayənin barəsində ətraflı bəhs etdikdən sonra, yazır:

"Ayə hər "səhv edə biləcək” bir şəxsin "məsum, günahsız” bir şəxsə itaət etməsinin vacibliyini yetirir. Məsum şəxslər isə həmin Allahın "Sadiqlər” adlandırdığı insanlardır! Bu o deməkdir ki, hər "səhv edə biləcək” şəxs, məsum bir şəxslə birgə olmalı və ona itaət etməlidir ki, məsum şəxs onu səhvlərdən uzaqlaşdırsın.

Və bu müəyyən bir zamana məxsus olmayaraq, hər bir zamanda olmalıdır! Deməli, hər bir zamanın özünəməxsus "Məsumu” vardır. ("Təfsiri-kəbir”, c. 16, səh. 221)

Kitabın adı: Bizim dini əqidəmiz
Müəllif: Ayətullah Məkarim Şirazi

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031