Oğru hansı şərtlər daxilində şəri cəza alar?
Mьəllif: admin1
Tarix: 12-12-2018, 10:41
Oğru hansı şərtlər daxilində şəri cəza alar?
Oğurluq kəbirə günahlardan olub, insanın iman zəifliyinə qayıdır. Çünki imanı güclü olan insan oğurluq etməz və əlində olanlara qane olar.

Bəs oğru hansı şərtlər olarsa, şəriətdə cəza alar?

Allah Təala oğrunun cəza alması haqqında Quranda buyurur: “(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır”. (“Maidə” 38-39).

Oğrunun cəza alması üçün bu şərtlər olmalıdır:

1. Həddi-büluğ yaşına çatmalıdır. Oğrunun cəza alması üçün həddi-büluğa çatması zəruridir. İmam Sadiq (ə) buyurur ki, nə zaman həddi-büluğa çatmayan uşaq oğurluq edərsə, birinci və ikinci dəfə onu bağışlayın. Üçüncü dəfə onu tənbeh edin. Əgər yenə oğurluq edərsə. gərək barmaqlarının ətrafı kəsilsin.

Əgər yenə təkrar edərsə, barmağının aşağısı kəsilər.

2. Ağıllı olmalıdır. Əgər dəli insan oğurluq edərsə, onu cəzalandırmaq olmaz. Oğru gərək ağlı başında olan insan olsun.

3. İxtiyar üzündən etməlidir. Yəni, öz iradə və ixtiyarı ilə oğurluq edərsə. Yox, əgər məcburi oğurluq edərsə, cəza almaz.

4. Oğurladığı əşyanın qiyməti təyin edilmiş şəri həddi keçməlidir.

5. Oğurladığı şey mal və dəyərli əşya olmalıdır.

6. Oğurlanan mal övladının və ya xidmətçisinin malı olmamalıdır. Əgər ata öz övladının və ya xidmətçisinin malını oğurlayarsa, əli kəsilməz.

Ancaq əgər əksinə - övlad ata və ya ananın malını oğurlayarsa, o zaman cəza alar.

7. Oğurladığı şey qəhətlik zamanında yeyəcək və ərzaq olmamalıdır.

8. Əgər əsgər iştirak etdiyi döyüşdə əldə olunan qəniməti oğurlayarsa, cəza almaz.

9. Nə zaman şərik öz şərikinin malını oğurlayarsa və iddia edərsə ki, bu malı özününki hesab etmişdir, o zaman cəza almaz.

10. Nə zaman oğru mühakimə olmazdan əvvəl oğurladığı malı sahibindən satın alarsa, cəza almaz.

11. Əgər oğru iddia etsə ki, malı oğurlamaq niyyətində olmamışdır və əgər ona bu ehtimalı vermək olarsa, o zaman cəza almaz. (İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031