Qeyrət – imanın əlamətlərindəndir
Qeyrət hissi imanlı qadın və kişilərin bariz sifətlərindən hesab olunur. Peyğəmbərimiz (s) buyurur: “Qeyrət – imanın əlamətlərindəndir”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həzrət İbrahimin (ə) atası qeyrətli idi və mən ondan da qeyrətliyəm. O mömin ki, qeyrətli olmaz – Allah onun burnunu torpağa sürtər”. Həzrət Peyğəmbəri-Əkrəm (s) yenə buyurur: “Allah qeyrətli bəndələrini sevir”. Qeyrətsizlik o rəzil sifətlərdəndir ki, çox təəssüf ki, müasir zamanda artmaqdadır. İstismarçı dövlətlərin təbliğatları, inernetin yaratdığı mənfi imkanlar insanları ziyanlı adət və ənənələrə meyil etməyə sövq etmişdir. Nəticədə də cəmiyyətdə qeyrət hissi zəifləmiş və insanlar özlərini Qərb insanlarına bənzətməyə başlamışdılar. Qeyrət sözünün lüğətdəki mənası şiddətli hərarət və əlaqədir ki, batini lətiflikdən qaynaqlanar. Şəxsin öz hərəmini qorumasına səbəb olar. Əxlaq alimlərinin nəzərinə görə qeyrət o hissdir ki, qorunması lazım olan şeyləri qoruyar: dini, namusu, şərəfi, malı, övladı... İnsanın ən qüvvətli mələkələrindən hesab olunur. Mərhum Nəraqi buyurur: “Qeyrətsizlik ibarətdir – dini, namusu, abırı, övladı, malı qorumaqda səhlənkarlıq edəsən. Bu xəstəlik – xəbis sifətlərdəndir. Peyğəmbər (s) buyurur: “Əgər kişi ev əhlində iffətə qarşı bir şey görərsə və qeyrət etməzsə - iman ruhu ondan ayrılar və mələklər onu dəyyus adlandırarlar””. Dəyyus o kəsdir ki, qeyrətsizlik edər. İmam Əli (ə) bir gün camaata buyurur: “Eşitmişəm ki, sizin qadınlarınız yollarda və bazarlarda naməhrəmlərlə söhbət edirlər. Çiyin-çiyinə birlikdə yol gedirlər. Həya etmirsiniz?”. Bəs qeyrətsizliyi yaradan amillər hansılardır? Bu xəbis sifətə səbəb olan amillərdən biri nəfsin zəif olması və özünə dəyər verməməkdir. Özünü dinin buyurduqlarını qorumağa layiq bilməmək və qüdrətsiz hesab etməkdir. Bu zaman qəzəb qüvvəsi işə düşər və insanın qoruyucusu kimi onu əhatə edər. Adi halından çıxıb, təfrit edər. Qeyrətsizliyin başqa bir amili ğinaya, haram musoqilərə qulaq asmaqdır ki, kişini qeyrətsiz, qadını həyadan uzaq edər. Beləliklə deyə bilərik ki, qeyrətsizliyin yaranmasına səbəb olan əsil amillər – insanın özünü həqir və alçaq hesab etməsi, başqa mədəniyyətlərə həddən artıq meyil etməsi, ğinaya, haram mahnılara qulaq asması, kor-koranə təqlidçilikdir. Ona görə də bu amilləri tanıyıb, onlarla mübarizə aparmaq lazımdır. /Deyerler.org/ Oxşar xəbərlər
|