Cəmiyyəti məhv edən amillər
İslam Peyğəmbəri (s) buyurmuşdur:
أَرْبَعٌ لا يَدْخُلُ بَيْتَاً واحِدَةٌ مِنْها اِلاّ خَرِبَ وَلَمْ يَعْمُرْ بِالْبَرَكَةِ: الْخِيَانَةُ وَالسَّرِقَةُ وَشُرْبُ الْخَمْرِ وَالزِّنا “Dörd şeydən biri – xəyanət, oğurluq, şərab içmək və zina evə daxil olarsa, onu dağıdar və (bir daha) o ev bərəkətlə abadlaşmaz.” (“Nəhcül-fəsahət”, səh.49, hədis 256.) Qısa izah Yalnız ailələr deyil, həm də cəmiyyətin bütün təbəqələri də bu qanundan kənar deyillər. Əgər xəyanət cəmiyyətə nüfuz edərsə, insanlarda bir-birinə qarşı inamsızlıq yaranar. Cəmiyyətdə oğurluq müxtəlif şəkillərdə genişlənərsə, insanların əmniyyət və asayişi təhlükəyə düşər. O cümlədən, əgər alkoqollu içkilər insanlar arasında yayılarsa, cəmiyyət səriştəsiz insanlar, əlil övladlar və faydasız gənclərlə dolacaqdır. Əgər insanlar cəmiyyətdə əxlaqsızlıq və iffətsizliyə yol verərsə, bu halda bütün ailələrin bünövrəsi şübhəli olacaq və bu məsələ gələcək nəsilləri fəsada sürükləyəcəkdir. Hazırladı: Maide.az – Maarif bölməsi Oxşar xəbərlər
|