Allah insandan bu 2 şeyi istəyir
Mьəllif: admin1
Tarix: 13-12-2018, 21:58
Allah insandan bu 2 şeyi istəyir
Allah-Taala möminə həmişə etidalı tövsiyə etmiş və buyurmuşdur ki, həyatının hər bir sahəsində nə ifrat et və nə də təfrit. Bu tövsiyə əlbəttə dünya sevgisinə də aid edilir.

Əgər insan dünya sevgisində ifrat edərsə, bir çox bəlalara düçar olar ki, onlarla tanış olaq:

1. Siratül-müstəqim yolundan azar. “Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir.

Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır”. (“Ali-İmran” 14).

2. Küfr və nifaqa səbəb olar. “Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Hədid” 20).

3. İlahi ayələr və məad haqqında təfəkkürə mane olar. “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?”. (“Ənam” 32).

4. Allah dinini oyuna çevirməyə səbəb olar. “Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq, həlakətə təslim və (İlahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (İlahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır”. (“Ənam” 70).

5. Peyğəmbərlərin (ə) nəsihətinə qulaq asmamağa səbəb olar. “(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bugünkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?». Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)».

Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar”. (“Ənam” 130).

6. Allahı və Qiyaməti unutdurar. “O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bugünkü görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq”. (“Əraf” 51).

7. Möminləri istehza edərlər. “Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir”. (“Bəqərə” 212).

8. Başqalarının yolundan azmasına səbəb olarlar. “Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər – onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur”. (“Yunus” 7-8).

Bu bəlalardan qurtulmaq üçün, Uca Allah insanın üzərində çətin öhdəliklər qoymamışdır.

Mübarək hədislərin birində işarə edilir ki, Allah Təala insandan 2 sadə şey istəyir ki, bir çox çətinliklərin açarı məhz bunlardır.

Bəs Uca Allahın insanlardan istədiyi bu iki şey nədir?

İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, Allah insanlardan iki şeydən başqasını istəməmişdir:

1. Allahın nemətlərini etiraf etmək (şükür etmək) ki, neməti onlar üçün artırsın.

2. Günahlarını etiraf etmək (tövbə etmək) ki, Allah günahları bağışlasın”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031