Nəfslə mübarizə aparmaq üçün əməli proqram
Mьəllif: admin1
Tarix: 14-12-2018, 12:31
Nəfslə mübarizə aparmaq üçün əməli proqram
İnsan gərək nəfsi istəkləri ilə ağıl və şüur çərçivəsində mübarizə aparsın.

Rəhmətlik İmam (r) buyurur: “Bilmək lazımdır ki, həvayi-nəfs müxtəlifdir və dərəcələri vardır. Həvayi-nəfs insanı Allahdan uzaqlaşdırar. O kəslər ki, həvayi-nəfslərinə tabe olarlar – batil və fasiq əxlaqa qulluq edərlər. Kəbirə və səğirə günahlarla haqq yolundan qalarlar. Nəfsləri ilə mübarizə edən mücahidlər isə həmişə Allahın məhbubu olmuşdular”.

Əxlaq alimlərinin nəzərinə görə, insan əgər həvayi-nəfsi ilə mübarizə aparmaq istəyirsə, ilk növbədə gərək düşünsün ki, özü kimdir, haradan və nə üçün gəlmişdir. Sonra hara gedəcəkdir. Orada hansı şeylərə ehtiyacı olacaqdır.

Bununla yanaşı insan gərək:

1. Hər gün özünə şərt qoysun ki, pis iş görməyəcəkdir və dinin, ağlın zidd bildiyi əməllərdən uzaq olacaqdır.

2. Gün ərzində özünə nəzarət edəcəkdir. Sanki hansısa vacib bir iş üçün onu gözətçi qoyublar. O, məsuliyyət ilə özünə nəzarət etməlidir.

3. Artıq işlərini bitirəndə və gecə yatağına uzanmazdan əvvəl, əməllərini hesaba çəkməlidir. Əgər yaxşı əməllər görübdürsə, ona görə Allaha şükür etməlidir. Əgər günah edibdirsə tövbə etməlidir.

Əxlaq alimləri ilk mərhələni məşaritə adlandırırlar, yəni, şərt qoymaq mərhələsi.

İkinci mərhələ müraqibə mərhələsidir, yəni nəzarət.

Üçüncü mərhələ isə mühasibə adlanır, yəni hesaba çəkmək.

İmam Musa Kazim (ə) buyurur: “Bizdən deyildir o kəs ki, hər gün özünü hesaba çəkməz. Əgər yaxşı iş görübdürsə, Allahdan istəsin ki, daha çox yaxşı iş görmək tövfiqini ona əta etsin. Allaha bu tövfiqə görə şükür etsin. Əgər pis iş görübdürsə, istiğfar edib, tövbə etsin”.

Bəli, İlahi övliyalar və Peyğəmbərimiz (s) əmmarə nəfslə mübarizəni böyük cihad adlandırmışdılar. İnsanın döyüş meydanında vuruşması nə qədər çətin olsa da, nəfsi ilə mübarizə aparmaqdan daha çətin ola bilməz.

Bu səbəbdəndir ki, döyüş meydanında edilən cihadı səğirə (kiçik) cihad adlandırmışdılar. İnsanın ən böyük qələbəsi o zaman olar ki, şeytana (lən), yəni əmmarə nəfsinə qalib gələr. Onu öz quluna çevirər və əmmarə nəfsi insananitaət edər.

Bu yol hər nə qədər çətin görünsə də, ancaq mümkünlüdür. Çünki bu yolda müvəffəq olan çox sayda insanı tanıyırıq ki, həyat çətinliklərinə baxmayaraq, həmişə nəfslərinə qalib gəlmiş və onun ipini heç bir zaman boş buraxmamışdılar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930