Uca Allaha hüsni-zənn etmək necə olur?
Mьəllif: admin1
Tarix: 14-12-2018, 21:21
Uca Allaha hüsni-zənn etmək necə olur?
Quran ayələrində və hədislərdə Allaha ümid bəsləmək rəca adı altında bəyan edilmişdir ki, onun əks mənası ümidsizlik, yəni qənutdur. Rəhmətlik İmam (r) bu haqda yazır: “Rəca – fitrətdəndir, qənut isə fitrətə ziddir və hicab yaradandır. Rəca, Allah Təalaya hüsni-zənə səbəb olar, qənut isə İlahi rəhmətə qarşı sui-zənnə”.

Bəzən bu üstün və bəyənilən xüsusiyyətlər əməldə başqa məfhumlarla səhv salınır. Rəhmətlik İmam (r) bu haqda buyurur: “Səhvə səbəb olan amillərdən biri budur ki, insan məhbub olması barəsində aldanır. Təkəbbürü ona qələbə çalır. Hamı yaxşı bilir ki, təkəbbür – İblisin (lən) silahıdır. Rəcanın əleyhinədir, çünki rəca – rəhman ağılın silahıdır.

Onlar bir-birindən fərqlənirlər. Rəca, rəhmətə qarşı elmə gətirib çıxardar və Allahın feyz, kamal sifətlərinə və adlarına imana səbəb olar. Təkəbbür isə İlahi əmrlərin inkarına, cəhalətə səbəb olar”.

İlahi kəlamlarda və Məsumlardan (ə) gələn hədislərdə rəca həmişə xovf yəni, qorxu sözü ilə birlikdə olmuşdur. Çünki hər ikisi bir yerdə olan zaman həqiqi imanın yaranmasına səbəb olar. Həqiqi mömin o kəsdir ki, həm rəcaya malik olar, həm də xovfa. (İslami saytlara istinadən)

Quranda Allaha ümidvarlığa aid olan ayələrə nəzər salaq.

“De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın»”. (“Kəhf” 110).

“Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. (“Bəqərə” 218).

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

“(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir”. (“İsra” 57).

Həzrət Peyğəmbər (s) buyurur: “Pak və ali məqamlı Allah buyurur: “Mənim üçün əməl edənlər öz əməllərinə etimad etməsinlər ki, onu Mənim savabıma çatmaq üçün yerinə yetirərlər. Ancaq o zaman ki, Mənim rəhmətimə ümid bəsləyərlər və fəzlimə görə ümidvar olarlar, Mənə qarşı hüsni-zənnə malik olarlar, o zaman Mənim rəhmətim həmin anda onları idrak edər və Mənim ətam onları Mənim rizvanıma çatdırar, Mənim əfvim onları əhatə edər. Bu səbəbdən də Mən həqiqətən bağışlayan Allaham və bu adla adlandırılmışam””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031