Bəzi zalımlar nəinki axirətdə, dünyada da əzab çəkəcəklər
Mьəllif: admin1
Tarix: 14-12-2018, 21:22
Bəzi zalımlar nəinki axirətdə, dünyada da əzab çəkəcəklər
Quran bizlərə nəinki axirətdə, dünyada da belə əzab çəkən insanlar ilə tanış edir və onların əməllərini bizə tanıdır ki, o əməllərdən uzaq olaq və əzab görən kəslərdən olmayaq.

1. O kəslər ki, Allahın evində onun adının çəkilməsini qadağan edər və məscidlərin viran olmasına çalışarlar. “Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır”. (“Bəqərə” 114).

2. O kəslər ki, kafir olarlar. «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır». (“Ali-İmran” 56).

3. Yer üzərində fəsad törədənlər. “Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır.

Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır”. (“Maidə” 33).

4. Müşriklər. “Ey Peyğəmbər, küfrdə (ona meyil göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib, qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır.

(Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr), çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır”. (“Maidə” 41).

5. O kəslər ki, buzova pərəstiş etmişdilər. “Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq”. (“Əraf” 152).

6. İnsanları yolundan azdıran elmsız alimlər. “(Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (İlahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq”. (“Həcc” 9).

7. O qəbilələr ki, peyğəmbərlərini inkar ediblər. “Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!”. (“Hud” 60).

8. Fəhşanı yayanlar. “Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz”. (“Nur” 19).

9. Pak qadınlara iftira atanlar. “Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır”. (“Nur” 23).

10. Firon və ordusu. “Bu dünyada onların ardınca (böyük) bir lənət qoyduq. (Mələklərin və möminlərin lənəti, bu cür şəxslərə tabe olanların günahları onlar üçün həqiqi lənətdir.) Qiyamət günü (onlar) eybəcər üzlülərdən, rüsvay edilmişlərdən və mənfurlardan olacaqlar”. (“Qəsəs” 42).

11. O kəslər ki, Allah və Rəsulunu (s) incidiblər. “Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır”. (“Əhzab” 57).

12. Bəni-Nəzir qəbiləsi. “Və əgər Allah onlara vətənlərindən çıxarılmağı yazmasaydı, mütləq onlara dünyada (öldürülmək və əsirliklə) əzab verərdi. Onlar üçün axirətdə od əzabı vardır”. (“Həşr” 3).

13. İkiüzlü insanlar. “İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, cansağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!”. (“Həcc” 11).

Allah Təala bu ağır aqibətdən bizləri hifz etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930