Ailə münaqişələri zamanı düzgün rəftar - ARAŞDIRMA
Qadınla kişi iki fərqli dünyada seyr edərlər. Hər birinin özünəməxsus istəkləri vardır.
Arzuları fərqlidir, həyata baxışları müxtəlifdir. O zaman ki, bu iki fərqli insan bir dam altında qərar tuturl çarəsiz bəzi şeylərin üstündə anlaşılmamazlıqları yaranar. Bu mövzu bəzən hər iki tərəfin rəftarında büruzə verər ki, heç birinin xoşuna gəlməz. Bəziləri deyir ki, ailədə olan dava-dalaş onun duzu və istiotudur. Lakin bu yanlışdır, əksinə, dava - ailənin zəhəridir. Bəlkə yaraya vurulan duza bənzəyir ki, onu daha da ağrılı etsin. Bu cür davalarda abır aradan gedir və həya pərdəsi cırılır. Bu cür davalardan sonra həm cismi və həm də ruhi xəstəliklər insana hücum edər. Əgər dava etmək pisdirsə, bəs təhrik olunan zaman nə edək? Həyat yoldaşımızla bu cür vəziyyətlərdə edə biləcəyimiz ilk iş odur ki, dava üçün şərait yaratmayaq. Əgər həyat yoldaşınız yanar dağ kimi öz atəşini sizə püskürtmək istəyirsə, səhnəni ona qoyub davaya daxil olmayın. Onu sakitləşdirməyə də çalışmayın. Onun dilindən çıxan hər bir pis sözü diqqətsiz buraxın. Çünki atalar demişkən, davada halva paylamırlar. Çünki indi məntəqli söhbət etməyin yeri deyildir. Söhbətinizi yerində və vaxtında edin. Əgər belə düşünürsünüz ki, haqq sizinlədir, yenə də meydanı tərk edin. Əgər həyat yoldaşınız başlasa, siz susun. Əgər yenə davam etsə, siz sükut edin və cavab verməyin. Əgər susmağı bacarmırsınızsa, həyat yoldaşınızdan uzaqlaşın və onu tək qoyun. Bu, fəzanı sakitləşdirə bilər. Sonrakı yol – güzəştdir. Həyat yoldaşınızdan intiqam almağa çalışmayın. O, sizin həyatınızın şərikidir. Ondan intiqam almaq - həyatınızın yarısından intiqam almaq deməkdir. Bir halda ki, güzəşt etmək yaraları sağaldar və məlhəm olar. Həyat yoldaşınızdan gözləməyin ki, sizin kimi rəftar edəcəkdir, səbirli olun. Uğur - səbirlilərlədir. /Deyerler.org/ Oxşar xəbərlər
|