Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu insanın üzünə bağlayır
Mьəllif: admin1
Tarix: 15-12-2018, 21:42
Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu insanın üzünə bağlayır
İnsanın həm yaxşılıqlara və həm də pisliklərə meyli vardır. Yaxşılıqlara meyl hər bir pak fitrətdə mövcuddur.

Əxlaq alimlərindən olan Ayətullah Məzahirinin əxlaq dərslərindən: “Qərb alimlərindən birinin bir cümləsi vardır ki, çox şirin cümlədir. Deyir ki, özünü tərbiyə üçün bir müqayisə etmək istəyirəm. Züleyxa ilə Yusifin müqayisəsi. Züleyxa bir xanım idi ki, bir qadının istədiyi hər şeyə malik olmuşdu. Cavan idi, gözəl idi, mal və mülkü var idi. Ancaq bir şeyi yox idi, o da insanlığı idi. Züleyxa öz əli ilə özünü zəlil etdi. Əgər bütün dünya toplaşsaydı, heç kəsi bu qədər zəlil edə bilməzdilər.


Ancaq Yusifin bir oğlanın istədiyi hər şeyi yox idi. Hətta özü belə başqasının malı idi. Paxıl qardaşları onu satırlar. Bu Yusifin nə malı, nə pulu və nə də vəzifəsi var idi. Özü Züleyxanın qulu idi. Ancaq bir dəyərli şeyi var idi, o da insanlığı və iffəti idi. Yusifin insanlığı onu elə bir yerə gətirib çıxardır ki, əgər bütün dünya toplaşsa və kimisə bu qədər əziz etmək istəsə - bacarmaz. Yusifi insanlığı və iffəti əziz etdi. Əgər cavanlar həyatda bir yerə çatmaq istəyirlərsə, gərək Yusifi örnək bilsinlər.

Əziz müəllimimiz Əllamə Təbatəbai “Əl-Mizan”da yazır: “Yusifin günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri başqa insan üçün olsaydı, günah etməməsi çox uzaq olardı. Bu 24 zəminəyə baxmayaraq, Yusif günah etmədi”.

Yusif (ə) öz iffəti sayəsində böyük bir məqama çatır, atasını öz taxtında əyləşdirir və qardaşları qarşısında səcdə edirlər. Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: “Atacan! Bu, sənin yuxunun yozumudur”.

Hər bir cavan gərək Yusif kimi rəzil sifətlərin qarşısında müqavimət göstərsin. Allah bu dastanda həsədə işarə edir, şəhvətə işarə edir, mal və vəzifəyə olan meylə işarə edir ki, bütün bunlar rəzil sifətlərdəndir.

Qurani-Kərim – insanın özünü tərbiyə etməsi üçün ən yaxşı vasitədir. Əgər bu Quranı həyatımızın sərlövhəsi qərar versək, bizim çox sayda rəzil sifətlərimiz məhv olar və aradan gedər.

Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu üzümüzə bağlayır. Allah Təala Quranda buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).

Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 7-10).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031