İnsan yatan zaman "Bismilləhir-Rahmənir-Rahim" deyərsə...
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim miniyinə minər və “Bismillah” deyər, o, miniyindən enənə qədər, mələk onu qorumaq üçün onunla birlikdə miniyə əyləşər.
Əgər minən zaman “Bismillah” deməzsə, şeytan onun yanında əyləşər və ona deyər ki, mahnı oxu. Əgər cavab versə ki, yaxşı bacarmıram, deyər, onda zümzümə et”. Ümid edirik ki, səfərə çıxan zaman yanınızda həmişə mələk əyləşər, lənətlik şeytan deyil. Şeytanın (lən) şərik olduğu digər işlərə də diqqət edək. İmam Sadiq (ə) buyurur: “Nə zaman sizlərdən biriniz dəstəmaz alar və “Bismillah” deməz, şeytan onda şərik olar. Əgər yemək yeyər, su içər, paltar geyinər və hər bir işdə ki, Allahın adını çəkməlidir, yerinə yetirməz – şeytan onda da şərik olar”. Amma zahirən sadə bir kəlmə ilə insan yatan zaman da savab qazanar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bəndə yatan zaman "Bismilləhir-Rahmənir-Rahim" deyər, Allah mələklərinə buyurar: “Nəfəslərinin sayı qədər səhərəcən onun üçün həsənə yazın””. /Deyerler.org/ Oxşar xəbərlər
|