Evlilikdə gözəllik meyar olmalıdır, yoxsa başqa xüsusiyyətlər?
Gözəllik evlilikdə əsas meyar olmamalıdır. Gözəllik bir imtiyaz kimi başqa sifətlərin yanında diqqət edilər. Mühüm olan - oğlanla qızın əqidə, iman, təhsil, iqtisadi və əxlaq baxımından bir-birinə uyğun gəlməsidir.
Əgər gözəllik evlilikdə əsas meyar olarsa, həmin evlilik uzunmüddətli olmaz. Hamı yaxşı bilir ki, evliliyin fəlsəfəsi ruhi hüzura və kamala çatmaqdır. Əgər oğlanla qızın evlənmək meyarı sadəcə gözəllik olubsa və başqa mühüm meyarlara diqqət edilməyibsə, onların müştərək həyatı üçün zəmanət vermək olmaz. Çünki gözəllik nisbi bir şeydir və zaman keçdikcə solub gedər və insan əvvəlki təravətini itirər. Bu cür evlilik gözəlliyin nisbi olmasına görə rəngsizləşər. Bu zaman bəhanələr, soyuqqanlı rəftarlar başlayar. Ona görə də o kəslər ki, evlilikdə əsas meyarı gözəllik qərar verirlərsə, ona bənzəyirlər ki, evlərini təpənin düz başında tikirlər. Bu ev hər an dağıla bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla gözəlliyinə görə evlənərsə, istədiyini onda görməz. Hər kim din və imanına görə evlənərsə, Allah onun hamısını (imtiyazları) onun üçün hazır edər”. Əgər evlilikdə gözəllik meyar olarsa: - Gözəllik zaman keçdikcə aradan gedər və kişi arvadından soyuyar. - Gözəllik nisbidir və ona görə də insan hər nə qədər gözəl olarsa, ondan da gözəli var və s. Dediyimiz odur ki, bu gün cavanlar gərək nə Yusif axtarsınlar və nə də Züleyxa. Həyat yoldaşının ğqidəvi və fiziki sağlam olmasına, xasiyyətinə, nəslini davam etdirə biləcəyinə daha çox diqqət etmək lazımdır. Evlənməzdən əvvəl hər iki tərəf də gələcək həyat yoldaşının həm ruhi və həm də cismi sağlam olduğuna əmin olmalıdır. Yəni, bir cavan üçün bunlar meyar olmalıdır, keçici olan gözəlliklər deyil. /Deyerler.org/ Oxşar xəbərlər
|