İmam Hüseynə (ə) hədiyyə edilən 4 məxsusi əta. İmam Hüseynin (ə) vücudunun 5 bərəkəti
Mьəllif: admin1
Tarix: 19-12-2018, 10:22
İmam Hüseynə (ə) hədiyyə edilən 4 məxsusi əta. İmam Hüseynin (ə) vücudunun 5 bərəkəti
İmam Hüseynin (ə) müqəddəs varlığı bərəkət və fəzilətlə doludur ki, onlarla tanış olaq:

1. Nicat gəmisidir. İmam Hüseyn (ə) nəql edir: “Peyğəmbərin (s) xidmətinə getmişdim və Əbi ibni Kəəb də orada idi. Həzrət (ə) buyurdu: “Ey Əba Abdullah, sənə mərhaba olsun! Ey yerin və göyün zinəti!”.

Əbi dedi: “Necə ola bilər ki, o, yerin və göyün zinəti olsun, halbuki sizdən başqa insan belə deyildir?”. Peyğəmbər (s) buyurdu: “Ey Əbi! And olsun o Kəsə ki, məni haqq olaraq nəbi məbus etmişdir, Hüseyn ibn Əli (ə) səmada yerdən daha böyükdür. İlahi ərşin sağ tərəfində yazılmışdır ki, o, hidayət çırağı və nicat gəmisidir””.

2. İnsanların qəlbində İmam Hüseyn (ə) sevgisi gizlənmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin qəlbində məhəbbət gizlənmişdir ki, Hüseynə (ə) aiddir”. Elə insan yoxdur ki, İmam Hüseynin (ə) adını eşitsin və qəlbi qəmgin olmasın. İmamın (ə) sevigisi qəlbləri təlatümə salar və insan batininə atəş salar.

3. İmam Hüseyn (ə) 9 İmamın (ə) atasıdır. İmamın (ə) varlığını bərəkətli edən amillərdən biri də onun qalan 9 İmamın (ə) atası olmasıdır. İmam Baqir (ə) buyurur: “Allah, İmam Hüseynin (ə) qətlinin əvəzində Həzrətə (ə) dörd sifət əta etmişdir:

a) İmaməti onun zürrəsindən qərar vermişdir.

b) Şəfanı Həzrətin (ə) türbətində qərar vermişdir.

c) Qübbəsinin altında və kənarında edilən dualar qəbul olar.

d) Onu ziyarət edənlərin zamanı ömürlərindən hesab olunmaz”.

4. Şəfaət. İmam Hüseynin (ə) xüsusi bərəkətlərindən biri də axirətdə onu sevənlərə şəfaət verməsidir. Hədisi nəql edənlərdən biri deyir: “İmam Hüseyn (ə) mənə çatan zaman buyurdu: “Hər kim mənim ölümümdən sonra məni ziyarət edərsə, ölümündən sonra mən də onu ziyarət edərəm”.

Əmirəl-möminin (ə) buyurur: “Şəfaətçilər – İmamlardır (ə)”.

Həzrət (ə) başqa yerdə buyurur: “Bizim üçün şəfaət vardır və bizim dostlarımız üçün də şəfaət vardır”.

5. İmam Hüseyni (ə) sevənlər – behişt əhlidirlər. Həzrət Peyğəmbər (s) İmam Hüseynin (ə) əlindən tutub buyurur: “Ey insanlar! Bu, Hüseyn ibn Əlidir (ə). Onu tanıyın. Canım əlində olan Allaha and olsun ki, həqiqətən o, behiştdədir. Onu sevənlər də behiştdədir, onu sevənləri sevənlər də behiştdədir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, həqiqətən, Hüseyn (ə) behişt qapılarından biridir. Hər kim onunla düşmənçilik edər, Allah behiştin iyini ona haram edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031