Cəmiyyətə qarşı təhlükə yaratmaq – Allah və Rəsulu (s) ilə döyüşə qalxmaq deməkdir
Müqəddəs Quranın nəzərinə görə, bir cəmiyyət üçün mühüm olan iki amil – iqtisadiyyat və həmin cəmiyyətin mədəniyyətidir. Bu iki amil ictimai binanın sütunlarını təşkil edirlər.
“Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın”. (“Nisa” 5). Quranın nəzərinə görə, iqtisadi və mədəni sahədə fəsad törədən insanlar – başqalarının imanı və dini ilə müharibəyə qalxmış insanlardırlar. Çünki onlar ictimai binanın sütunlarını məhv etmək istəyirlər. Bəs bu fəsad törədənlər kimdirlər? 1. Sələm yeyənlər. Quranın nəzərinə görə, sələm yeyən insan o kəsdir ki, birbaşa Qadir Allaha müharibə elan etmiş olar. Allah Təala Quranda buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından(sərmayədən artıq aldığınız miqdardan) əl çəkin. Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin”. (“Bəqərə” 278-279). 2. Yol kəsənlər və quldurlar. Həzrət İmam Cəfər Sadiq (ə) bu insanlar haqqında buyurur: “Onlar bu ayədəkilərdirlər: “Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası – yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır”. (“Maidə” 33). 3. Yer üzərində fəsad törədənlər. Yer üzərində törədilən hər bir fəsad Allahla müharibəyə qalxmaq deməkdir. Ona görə də hər kim harada olursa-olsun, fəsad törədərsə yuxarıdakı ayənin söylədiyi kəslərdən olar. 4. Əmin-amanlığın olmaması. Cəmiyyət əmin-amanlıq olan zaman, davamlı olar. İnkişaf edib istedadlarını çiçəkləndirər. Əgər cəmiyyəti hansısa təhlükə gözləyərsə, bu, cəmiyyətin səadətinə ziyan vurar. Quranın nəzərinə görə, silah götürüb cəmiyyətdə təhlükə yaratmaq – Allah və Rəsulu (s) ilə döyüşə qalxmaq deməkdir. İmam Cavada (ə) yolkəsənlərin törətdikləri fəsadla bağlı məlumat verən zaman, Həzrət (ə) buyurur: “Əgər yolda təhlükə yaradıblarsa və kimisə öldürüblərsə, edam olunacaqlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|