Yaradılışın təkamülü barədə Qurani-Kərimdə dəqiq işarələr var
Mьəllif: admin1
Tarix: 19-12-2018, 22:10
Yaradılışın təkamülü barədə Qurani-Kərimdə dəqiq işarələr var
Quranda yaradılışın təkamül nəzəriyyəsinə işarə edən ayələr vardır ki, onların bəzisi ilə tanış olaq.

Bəzi ayələr hər bir şeyin sudan yarandığına işarə edir. “Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və Yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik]. Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!”. (“Ənbiya” 30).

Ustad Meşkini bu ayə ilə bağlı buyurur: “Bu ayə bütün canlıların yaradılışına, o cümlədən: bitkilərin, heyvanların, insanların sudan yaranmasına işarə edir”.

Seyyid Qütb həyatın sudan yaranmasını vurğulayır və bugünkü elmin isbat etdiyi həqiqəti dilə gətirir ki, heyvan nəsli sudan yaranmışdır, yəni dəniz və okean canlılarından.

“Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir”. (“Nur” 45).

Bəzi ayələr isə insanın xilqətinin torpaqdan olduğunu vurğulayır. “O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)”. (“Səcdə” 7).

“Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq”. (“Hicr” 26).

Təxminən 500 milyon il əvvəl yerin çuxurlarını dolduran sular adi halda idilər. Sonra orada hüceyrələr əmələ gəldi. Sonra su heyvanları əmələ gəldilər. Ancaq insan torpaqdan xəlq olunmuşdur. Torpaqdan xəlq olmasına baxmayaraq, insan bədəninin çox hissəsini su, yəni maye təşkil edir.

Bu maye bütün canlılarda mövcuddur. Həm bitkilər, həm heyvanlar və həm də insan bədəninin çox hissəsini maye təşkil edir. Ancaq insan xilqət baxımından palçıqdan xəlq olmuşdur.

Beləliklə deyə bilərik ki, təkamül nəzəriyyəsinə işarə edən ayələrdən belə nəticəyə gəlmək olur ki, bu dünyada olan canlıların əksər hissəsi sudan yaranmışdır. Həm bitkilər, həm heyvanlar əvvəl suda yaranmış və formalaşmışdır, ondan sonra quruya çıxmış və quru bitkilərinin və heyvanlarının əcdadı olmuşdular.

Ancaq insan baxmayaraq ki, bədəninin çox hissəsini su təşkil edir, torpaqdan yaranmış və Həzrət Adəmin (ə) vasitəsilə insan nəslinin yer üzərində artmasına səbəb olmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031