Həqiqi gözəllik deyildikdə, nə nəzərdə tutulur?
Mьəllif: admin1
Tarix: 19-12-2018, 22:13
Həqiqi gözəllik deyildikdə, nə nəzərdə tutulur?

Görəsən həqiqi gözəllik nədir?

Əvvəlcə gözəlliklərin neçə növ olmasına diqqət edək.

1. Mənəvi gözəllik. Gözəllik dedikdə o nəzərdə tutulur ki, həmin şey insanı heyrətləndirsin və onda ləzzət hissi yaratsın. Gözəllik adətən gözlə görüləndir, ancaq onun həqiqi mənası – görünməyən hisslərdədir. O zaman ki, arif mələkut şühudi zamanı səmanın və yerin gözəlliklərini görür və ona məftun olur, bu, mənəvi gözəllikdən başqa bir şey deyildir. Ona görə də deyə bilərik ki, gözəllik həm görünəndir, həm də mənəvidir. Mənəvi gözəlliyi qəlb gözü ilə müşahidə etmək olar.

2. Ağıl gözəlliyi. Gözəllik əşyaya və ya canlıya aid olduğu üçün, deyə bilərik ki, onu elmə bənzətmək olar. İnsan bu növ gözəlliyi ağlı ilə dərk edər və nəticədə həmin gözəlliyin ləzzəti artar. Ağıl gözəlliyi dedikdə, məqsədimiz o növ gözəlliklərdir ki, hisslərdən daha ali məqamda qərar tutur.

3. Gözəlliyin müxtəlif növləri. Gözəlliyi insan mürəkkəb hisslərin toplumu ilə dərk etsə də, gözəllik özü mürəkkəb deyildir. Əslində daha bəsit əşyalara şamil ola bilir. Misal üçün qız uşağının qızıl gülə olan məftunluğu kimi, yaxud, şamın ətrafa saçdığı şüanın gözəlliyini müşahidə edən insanın reaksiyası kimi. Görəsən qızı bu gözəlliyə cəzb edən şey, qırmızı rəngdirmi, yoxsa tamamilə başqa şeydir? Rəng, forma, mütənasiblik və digər amillər insanın gözəllik məfhumunu meydana gətirən amillərdirlər.

4. Gözəlliyi dərk etmək. Nəfs o zamana qədər ki, aşağı mərhələdə qərar tutur, ali gözəllikləri müşahidə edə bilməz. Ona görə də ali dərkə malik olan insanlar daha ali gözəllikləri müşahidə etmək qabiliyyətinə malikdirlər. O nəfs ki, heyvani şəhvətdə qərq olmuşdur, mənəvi ləzzəti dərk edə bilməz. Çünki onun aldığı ləzzət – heyvani ləzzətdir.

5. Gözəlliyin hədəfi. Nəfsin gözəl şeylərə meyil etməsi, nəfsin özü üçün güddüyü mənfəətə görədir. Ona görə də bu gözəllikdəki hədəf – həmin gözəl şeydən daha çox bəhrələnməkdir.

6. Həqiqi məhbub. Gözəlliyin bu mərhələsi adətən o kəslərə şamil olunur ki, onun ruhunu və canını həqiqi ləzzətlə təmin etməyin axtarışındadırlar. Onun üçün gözəllik ali məfhumdur və bu məfhum ancaq Allah Təalanın zati müqəddəs sifətlərində təcəlli tapa bilər. Ona görə də həqiqi gözəllik məhz Allah Təalanın zatındadır.

Allah Təala isə həqiqi məhbubdur.



(Ayətullah Misbah Yəzdinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031