Qurani-Kərimdə insanın təkamül əsasında xilqətinə dair dəlillər
Mьəllif: admin1
Tarix: 21-12-2018, 10:37
Qurani-Kərimdə insanın təkamül əsasında xilqətinə dair dəlillər
Qurani-Kərimdə təkamül nəzəriyyəsinə işarə edən ayələrə nəzər salaq:

“Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin». Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı”. (“Əraf” 11).

“Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam». «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». (“Hicr” 28-29).

“Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükür edirsiniz”. (“Səcdə” 8-9).

Ustad Meşkini “Əraf” surəsinin 11-ci ayəsi haqqında buyurur: “Bu ayə təkamül nəzəriyyəsini isbat edən ayələrdəndir. Çünki Allah bu ayədə bəyan edir ki, o, insanı formalaşdırmaqdan əvvəl onu yaratmış və naməlum zamandan sonra ona şəkil vermişdir. Sonra isə bir müddət keçəndən sonra mələklərə onun qarşısında səcdə etməyi əmr etmişdir”.

Bu ayədə xilqətin üç mərhələsini müşahidə etmək olur:

1. Xilqət mərhələsidir ki, insana forma verməzdən əvvəl baş vermişdir.

2. İnsana forma veriləndən sonra olan mərhələdir və insan növü arasından Adəmin (ə) seçilməsindən əvvəldir.

3. Adəmin (ə) insanlar arasından seçilməsi mərhələsidir və mələklərə ona səcdə etməyə əmr verilən mərhələdir.

Ustad Məkarim-Şirazi isə “Hicr” surəsinin 28-29 ayələrini təkamül nəzəriyyəsini aydın izah edən ayələr kimi tanıtmışdır.

Hər bir halda deyə bilərik ki, təkamülə işarə edən ayələrdən bu nəticələri çıxartmaq olar:

1. Həzrət Adəm (ə) torpaqdan xəlq olmuşdur. “Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur”. (“Ənam” 2).

2. Qalan insanlar isə nütfədən xəlq olmuşdular. Ona görə də demək olar ki, qalan insanlar Adəmin (ə) vasitəsilə torpaqdan xəlq olunmuş sayılırlar.

“Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi”. (“Səcdə” 8).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031