Allahdan daha çox bağışlanma diləyin – Həzrət Peyğəmbər (s)
Qurani Kərim yer üzündə baş verənlərin, insanların qarşılaşdığı müxtəlif çətinlik və problemlərin əsas kökünü insanın özündə bilir.
İnsan ağıl və ixtiyar sahibidir. Bu ağıl və ixtiyarı onu özündən və ətrafından məsul edir. Təbii ki, məsul edilmiş kəs öz vəzifəsini laiyiqincə yerinə yetirməzsə cəzalanmalıdır. İnsanın müxtəlif formalarda səhv xə xətalar etməsi qaçılmazdır. Bu səbəbdən Quran ayələri və hədislər insanı daim Rəbbinin rəhmətinə ümidvar olmağa və daim Allahdan əfv və bağışlanma diləməyə sövq edir. Hətta əziz İslam peyğəmbəri (s) qarşımıza çıxan bütün qəm-qüssə və çətinliklərin həlli yolunu “istiğfarda” (Allahdan əfv diləməkdə) görür. Peyğəmbər (s) buyurub: “Hər kim Allahdan əfv diləməyi çoxaldarsa, Allah onun üçün qəm-qüssələrdən bir çıxış yolu, sığıntılardan bir qurtuluş yolu açar.” (Nurus-səqəleyn təfsiri) İnsanın hər hansı bir işdə günahının olub olmamasından, günahının kiçik və böyük olmasından aslı olmayaraq qəlbi ilə, dili ilə əfv diləməsi onun Allah qarşısında acizliyinin, möhtaclığının nişanəsi və təsdiqidir. İnsan əfv dilməklə öz bəndəçiliyini və Allahın rübubiyyətini (Rəbb olmasını) təsdiq edir. Belə bir halda və düşüncədə olan insan fəsd və günahdan uzaq olar. Nəinki günah və fisliklərə aludə olmaz, hətta bu haqqda düşünməz belə. Bunun da həticəsində rəhməti geniş olan Allah onun üçün qəm-qüssələrdən bir çıxış yolu, sığıntılardan bir qurtuluş yolu açar. Oxşar xəbərlər
|