Allaha və dünyaya xatir dostluq, qardaşlıq
Allahın Peyğəmbəri (s):«Möminlər qardaşdırlar, qanları bərabərdir və başqalarının qarşısında əlbirdirlər. Onların ən aşağı olanı bir şəxsi hamısının amanına daxil edə bilər.»
İmam Əli (ə):«Nə çox qardaşın ki, onları sənin anan doğmayıb.» İmam Baqir (ə):«Mömin möminin doğma qardaşıdır.» İmam Sadiq (ə):«Mömin möminin qardaşı, onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.» İmam Sadiq (ə):«Mömin möminin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir üzvü ağrıyanda digər üzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır.» Həqiqi qardaşlar Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək.» İmam Əli (ə):«Həqiqi qardaş və yoldaşlarını qoru. Çünki onlar asayiş dövrünün ehtiyatı, bəla günlərinin qalxanıdırlar.» Qardaşları sevmək İmam Əli (ə):«Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın.» İmam Əli (ə):«Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.» İmam Sadiq (ə):«İnsanın dinsevərliyinin nişanələrindən biri onun qardaşını sevməsidir.» Dostluğun davamlılığına səbəb olan amillər İmam Sadiq (ə):«Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə.» İmam Sadiq (ə):«Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.» Allaha xatir dostluq və qardaşlıq etmək Allahın Peyğəmbəri (s):«Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.» Allahın Peyğəmbəri (s):«Müsəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra Allaha görə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib.» İmam Əli (ə):«Allaha görə qardaşlıq etmək məhəbbəti saflaşdırır.» İmam Əli (ə):«Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.» İmam Əli (ə):«Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verir.» Dünyaya görə qardaş olmaq İmam Əli (ə):«Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun dostluğu alçaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir.» İmam Əli (ə):«Kim Allaha görə qardaşlıq etsə xeyir görər və kim dünyaya görə qardaşlıq etsə məhrum qalar.» Oxşar xəbərlər
|