Quran hafizi bu 5 vəzifəni yerinə yetirməlidir
Mьəllif: admin1
Tarix: 21-12-2018, 20:08
Quran hafizi bu 5 vəzifəni yerinə yetirməlidir
Quran hafizinin ən böyük vəzifəsi budur ki, Allahın ona inayət etdiyi bu nemətə görə lovğalanmasın. Başqalarına təkəbbür etməsin.

İmam Sadiq (ə) buyurur: “Yüksək səslə Quran hafizinə deyərlər: “Ey Quran hafizi! İnsanların arasında Quran vasitəsilə təvazökar ol ki, Allah səni əziz etsin. Təkəbbürdən çəkin ki, səni zəlil və xar etməsin””.

Quran əzbərləməyin əvvəlində ədəb qaydaları vardır. Sonu da xüsusi ədəb və vəzifələrlə birlikdədir. Bu vəzifələrlə tanış olaq:

1. Təvazökarlıq. Quran hafizi əldə etdiyi bu nemətə görə təkəbbür etməməli və sadəliyini, təvazökarlığını qorumalıdır.

2. Qurana əməl etmək. Quran, hidayət edən bir kitabdır. Quranın ən ali hədəfi – bəşəri səadətə doğru hidayət etməkdir. Ona görə də Quran hafizinin vəzifələrindən biri də Quranın buyurduqlarına həyatda əməl etməkdir.

3. Əzbərlədiklərini qorumaq. Quran hafizinin vəzifələrindən biri də öyrəndiklərini və əzbər bildiklərini qorumaq və unutmamaqdır. İmam Sadiq (ə) buyurur: “Hər kim Qurandan bir surə unudar, o surə gözəl simada və behiştin uca dərəcəsində onun üçün aşkar olar.

Onu görən kimi deyər: “Sən kimsən ki, bu qədər gözəlsən? Kaş ki, mənim olaydın?”.

Surə deyər: “Məni tanımırsan? Mən filan surəyəm. Əgər məni unutmasaydın, səni bu məqam və dərəcəyə çatdırardım””.

4. Dünya işlərinə çox vaxt ayırmamaq. Quran hafizi gərək gününü elə tənzim etsin ki, Quranı təkrar etmək və əzbər bildiklərini yadına salmaq üçün zamanı qalsın.

5. Quranı üzündən oxumağın vacibliyi. Quran hafizi əldə etdiklərini unutmamaq üçün gününü iki hissəyə bölməlidir. Bir zamanını Quranı üzündən oxumaq üçün ayırmalıdır, başqa bir zamanını isə əzbər bildiklərini təkrar etmək üçün.

Quranı üzündən oxumaq ibadətdir və insanın öz səhvlərini görməyinə səbəb olar. Əshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: “Qurbanın olum, mən Quran hafiziyəm. Quranı əzbərdən oxusam yaxşıdır, yoxsa üzündən?”.

İmam (ə) buyurur: “Əgər üzündən oxusan, daha yaxşıdır. Məgər bilmirsən ki, Qurana baxmaq ibadətdir”.

Beləliklə deyə bilərik ki, Quran hafizi olmaq – hər kəsə qismət olmayan bir nemətdir. Ancaq əgər bu nemətə çatmısınızsa, sizin öhdənizə bəzi vəzifələr düşür ki, gərək onlara əməl edəsiniz. Bu yolla əldə etdiyiniz o dəyərli neməti qoruya bilərsiniz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031