Bu alim əqrəb sancan yerə barmağını qoyanda, xəstə şəfa tapardı
Hacı Şeyx Məhdi Həkəmi Qumi, Axund Molla Əli Əkbərin övladıdır ki, Qum şəhərində 1280-cı qəməri ilində dünyaya gəlmişdir. İbtidai təhsilini Qumda və Tehranda almışdır. 1310-cu ildə Samirraya getmişdir. Mərhum Mirzə Şirazidən dərs almışdır.
Mirzə Şirazi vəfat etdikdən sonra Nəcəfə gəlir və mərhum Ağayi Axund Xorasaninin və mərhum Mirzə Hüseyn Xəlili Tehraninin dərslərindən bəhrənir. 1322-ci qəməri ilində Quma qayıdır, böyük elmi və ali mənəvi təqva məqamına görə alimlərin ehtiramına layiq görülür. Qumun “Cameə” məscidində imam-camaat olur və insanların hörmətini qazanır. Nəql edilir ki, əqrəb sancanlar alimə müraciət edərdilər və o, ya dua oxuyar, ya da barmağını həmin yerə qoyardı və Allahın izni ilə həmin şəxs şəfa tapardı. Alimin dəyərli əsərləri vardır ki, indiyə qədər tələbələrin ən çox istifadə etdiyi mənbələrdəndir. Xüsusi təqva və zahidliyi xütbələrində özünü göstərərdi. Bu böyük alim 1360-cı qəməri ilində Qum şəhərində vəfat etmişdir və mərhum Ağayi Hairinin qəbri yaxınlığında dəfn olunmuşdur. /Deyerler.org/ Oxşar xəbərlər
|