Həsəd və paxıllıq
Mьəllif: admin1
Tarix: 21-05-2020, 22:04
Həsəd və paxıllıq
İmam Sadiq (ə) buyurmuşdur:

الْحَاسِدُ‍ مُضِرٌّ بِنَفْسِهِ قَبْلَ أَنْ يُضِرَّ بِالْمَحْسُودِ

“Həsəd edən həsəd etdiyi şəxsə zərər yetirməzdən qabaq özünə zərər yetirər.”

(“Biharul-ənvar”, c.70, səh.255.)

Qısa izah

Həsəd amilinin həqiqəti insanın digərlərinin nemət içərisində olduğunu görmək istəməməsi, həmin nemətlərin onların əlindən çıxması uğrunda səy etməsi, yaxud onlara ziyan dəyməsini arzulamaqdan ibarətdir.

Həqiqətdə, həsəd aparan şəxs həmişə bir növ lider və öndərlik amilinin deyil, geriqalma amili uğrunda fəaliyyət göstərir. Digər tərəfdən, həsəd əxlaqi xəstəlik və rəzil sifətlərdən sayılır.

Həsəd edən şəxs psixoloji cəhətdən digərlərindən öncə özünü oda ataraq yandırır, həsəd və paxıllıq içində alışıb yanır, digər insanların inkişafına mane olmaq, onlardan önə keçmək istədiyi halda, öz tərəqqisinin qarşısını alır və nəhayət, hamıdan geridə qalır.

Bəli! Həsəd aparan kəs, başqalarına zərər yetirməzdən qabaq, ilk öncə özünü həsəd atəşində yandırır.


Maide.Az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930